Page 160 - talesiz
P. 160
İMRE KERTES
olduğunu sübut edirdi. Digәr tәrәfdәn, günün sonunda
içimdә nәyinsә çarәsizcә qırıldığını hiss elәdim. O
gündәn başlayaraq, yuxudan oyananda fikirlәşirdim ki,
bu sәhәr sonuncudur. Yerimdәn qalxıb, birtәhәr taxtdan
düşür, hәr addımdan sonra hiss elәyirdim ki, növbәti
addımı ata bilmәyәcәyәm, hәrәkәt elәmәyә heyim çat-
mayacaq. Amma yenә dә hәrәkәt elәyirdim.
7
Elә hadisәlәr baş verir, elә situasiyalar yaranır ki,
neylәsәn dә, başına nә gәlsә dә, bilirsәn ki, bundan daha
160 pisi olmayacaq. Әminliklә deyә bilәrәm ki, çox böyük
sәylәrdәn, nә qәdәr ümidsiz cәhddәn sonra, nәhayәt,
ruhum dinclik, rahatlıq tapdı. Mәsәlәn, әvvәllәr, Allah
bilir, nә qәdәr böyük, ağlagәlmәz dәrәcәdә әhәmiyyәt
verdiyim şeylәr indi gözümdә büsbütün dәyәrini
itirmişdi. Tutaq ki, sırada yoxlama zamanı әgәr çox
yorulmuşdumsa, palçıqda, ya gölmәçәdә dayandığıma
belә fikir vermәdәn, hәr şeyә tüpürüb yerә çökürdüm vә
yanımdakılar mәni ayağa qaldırana qәdәr sakitcә oturur-
dum. Soyuq, rütubәt, yağış, külәk artıq mәni narahat
elәmirdi. İndi bu tәbiәt hadisәlәri yanımdan elә sürәtlә
keçib-gedirdi ki, әlim çatmırdı, onları hiss elәmirdim.
Hәtta alışdığım aclıq hissi dә artıq mәnә әzab vermirdi,
әvvәlki kimi, әlimә keçәni, yemәli hәr şeyi ağzıma
qoyurdum. Amma bunu dalğın halda, daha çox mexaniki
olaraq elәyirdim. İşim? İşdә mәn artıq görüntü yaratma-
ğın da qayğısına qalmırdım. Әgәr nәsә xoşlarına
gәlmirdisә, mәni döyürdülәr. Nә olsun, vecimә dә de-
yildi. Әksinә, bununla bir az vaxt udmuş olurdum. Elә
ilk zәrbәdәncә tәlәsik özümü yerә yıxırdım vә buradan o
yana nә baş verdiyi mәni maraqlandırmırdı, çünki o
dәqiqә yuxuya gedirdim. İçimdә bircә şey güclәnmişdi: