Page 155 - talesiz
P. 155
ESİZ
edirdi. Bax mәn dә düşәrgә haqqında eyni şeyi demә- 155
liyәm. Mәsәlәn, heç vaxt ağlıma da gәtirmәzdim ki, belә
tez bir zamanda әldәn düşmüş qocaya çevrilә bilәrәm.
Evdә bu proses üçün uzun bir müddәt – әn azı әlli-altmış
il tәlәb olunur. Burada isә cәmi üç ay bәs elәmişdi ki,
bәdәnim mәnә tabe olmaqdan imtina elәsin. Canından bir
parçanın biryolluq yoxluğa qovuşduğunu hәr an
müşahidә elәmәkdәn, hәr gün yaşadıqlarına kәdәrli
yekun vurmaqdan mәşәqqәtli, cansıxıcı bir şey ola
bilmәz. Evimizdә öz orqanizmimә o qәdәr fikir ver-
mәsәm dә, hәr halda, onu incitmirdim, hәtta belә demәk
mümkünsә, canımı sevirdim. Yadımdadır, yayda günorta
saatlarından sonra sәrin, kölgәli otaqda oturub maraqlı
kitab oxuyuram, ovuclarımsa gündәn yanıb-qaralmış
güclü dizimdәki narın, yumşaq tüklәri lәzzәtlә tumarlayır.
İndi isә hәmin dәri sallanırdı; saralmış, qurumuş vә
qırışmışdı. Üstünü hәr cür yara-xora, qara lәkәlәr,
sıyrıntılar, çapıqlar vә qaysaqlar örtmüşdü, özü dә xoş ol-
mayan bir tәrzdә (xüsusәn dә әlimi vuranda) bәrk
qaşınırdı. Yaralarımı Bandiyә göstәrәndә başını bulayıb,
“qoturdur” demişdi. Sümüklәrimi örtәn dәrinin elastik-
liyinin vә gücünün hәr gün hansı sürәtlә azalıb yoxa
çıxmasını müşahidә elәdikcә daxilәn darmadağın olur-
dum.
Hәr dәfә güzgüdә özümә nәzәr salmaq ağlıma
gәlәndә qarşılaşdığım yeni acı sürpriz mәni tәәccüblәn-
dirirdi. Bir zamanlar “bәdәnim” dediyim, indi isә qәribә,
mәnә yad olan bu cisimdә hәr dәfә daha eybәcәr tәza-
hürlәr peyda olurdu. İndi ona qәrәzsiz baxa bilmirdim.
Zaman-zaman elә bu sәbәbdәn yuyunmaq üçün pal-
tarlarımı da çıxarmırdım. Әlbәttә, bu vәziyyәtә düşmә-
yimdә müәyyәn mәnada artıq hәrәkәt etmәk qorxusu,
sonralarsa soyuq vә әlbәttә ki, ayaqqabının ağrısı da rol