Page 158 - talesiz
P. 158
İMRE KERTES

Fәrz edәk ki, gözәtçi yaxşı adamdır, sәnә icazә verdi vә
lap tutaq ki, ikinci dәfә dә icazә verdi. Bәs sәnә üçüncü
dәfә sәbrini sınağa çәkmәyә icazә verәcәk adam tapı-
larmı? Bu yerdә ancaq içәridә öz-özünlә lal mübarizә
aparmalısan: dişlәrini sıxıb titrәyirsәn, ağrıdan әzab
çәkirsәn vә hansının – xarakterin, ya iradәnin qalib
gәlәcәyini gözlәyirsәn; bir ucunda döyülmәk olduğunu
bilirsәn vә qovrula-qovrula qalırsan. Belә situasiyaları
yaşamaq mәnim dә qismәtimә az düşmәyib. Әslindә, tәk
mәnim yox, az, ya çox dәrәcәdә, orta hesabla, hamının
qismәtinә düşüb; yәni sәnin şәxsәn layiq olmadığın,
158 taleyin qismәtinә yazdığı döyülmә yox, düşәrgә üçün adi
tәcrübә olan döyülmә sәviyyәsindә. Vә burada hansısa
bir mәntiqsizlik hiss olunur. Amma yediyim kötәklәrdәn
әn çox yadımda qalanı hansısa bir esesçidәn aldığım
zәrbәlәr deyil: nәticәdә adam döymәk onun müәyyәn
mәnada yerinә yetirmәli olduğu (doğrusu, başqa cür necә
demәk olar, bilmirәm) vәzifә borcu idi. Hansısa “Todt”
adlı bir az müәmmalı korpusun (onların mәnә tam aydın
olmayan funksiyası, eşitdiyimә görә, tikinti işlәrinә
nәzarәtdәn ibarәtdi) sarı rәngdә uniforma geymiş nüma-
yәndәsinin mәni kötәklәmәsi ömürlük yadımda qalıb. Se-
ment kisәsinin çiynimdәn düşdüyünü mәhz o görmüşdü
vә bәrkdәn qışqırıb üstümә atılmışdı. Doğrudan da, se-
ment yüklәmәyi istәnilәn briqada nadir hәdiyyә kimi
(mәncә, buna tam әsası var) qәbul edirdi. Hәrçәnd bu
münasibәtlә sevindiyini әn yaxınlarına belә hiss
etdirmәmәyә üstünlük verirdi. Doğrudan da, bu, iş deyil,
әsl nağıldı. Başını әyirsәn, kimsә kisәni çiyninә qoyur vә
sәn dә belindәki yükü maşına daşıyırsan, orada kimsә
yükü çiynindәn götürür, sonra sәn böyük dövrә (dövrәnin
böyüklüyünü şәrait müәyyәn edir) vurub geriyә qayı-
dırsan. Bәxtin gәtirsә, növbәdә sәndәn qabaqda bir neçә
   153   154   155   156   157   158   159   160   161   162   163