Page 154 - talesiz
P. 154
İMRE KERTES

fәhlә üzünü o yana tutdu. Әlbәttә, bunu niyә elәdiyini
bilirdim: ürәyinin yumşaqlığından. İstәdim deyәm ki,
“mәnә fikir vermә, rahat ye, mәnimçün sәnin necә
yediyini görmәk dә az şey deyil, hәr halda, heç nәdәn
yaxşıdır”. “Fin”dәn dünәndәn qalma bir kasa kartof
qabığı aldım. O, nahar fasilәsi zamanı kasanı xüsusi әda
ilә çıxartdı. Xoşbәxtlikdәn, o gün Bandi briqadada de-
yildi, ipimi çәkәcәk başqa kimsә dә yox idi. “Fin” kasanı
qabağına qoyub cibindәn әzik-üzük kağıza bükdüyü duzu
çıxartdı. Bütün bunları tәlәsmәdәn, ağır-ağır elәdi.
Barmağının ucuyla duz götürüb, ağzına apardı, lәzzәtlә
154 yemәk üçün dadına baxdı, sonra guya elә-belә çiyninin
üstündәn mәnә tәrәf sәslәndi: “Satılır!” Әslindә, belә bir
qıt malın qiymәti iki tikә çörәk vә ya marqarindi, o isә
әvәzindә axşamkı şorbanın yarısını istәdi. Alver elәmәyә
çalışdım, cürbәcür bәhanәlәr gәtirdim, hәtta hüquq
bәrabәrliyinә istinad etdim. “Di bist nist ka şid, dbist a
seqes” (yәni “sәn yәhudi-filan deyilsәn”) deyib öz adәtlә-
ri üzrә başını әsdirdi. Soruşdum: “Bәs onda niyә bura-
dayam?” Çiyinlәrini çәkdi: “Nә bilmәk olar?” “Murdar
cuhud”, – dedim. Әvәzindә: “Onsuz da, ucuz verәn
deyilәm”, – cavabını eşitdim. Axırda kartof qabıqlarını
onun dediyi qiymәtә aldım vә axşam mәnә şorba
çәkildiyi dәqiqәdә haradan peyda olduğunu, şam
yemәyindә südlü әriştә verilәcәyini necә öyrәndiyini
bilmәdim.

Müәyyәn şeylәr var ki, onları yalnız vә yalnız
düşәrgәdә öyrәnmәk olar. Uşaq vaxtı oxuduğum mәnasız
nağıllarda, әsasәn, varlanmış vә şahzadә xanımla
evlәnmәk üçün kralın yanında böyük mәmnuniyyәtlә
xidmәtә girәn “sәyyah” vә ya “dilәnçi” iştirak edәrdi. Axı
xidmәt cәmisi yeddi gün çәkәcәkdi. “Amma mәnә yeddi
gün xidmәt yeddi ilә bәrabәrdir”, – deyә kral xәbәrdarlıq
   149   150   151   152   153   154   155   156   157   158   159