Page 156 - talesiz
P. 156
İMRE KERTES

oynamışdı. Ayaqqabı ayaqlarımı yara elәyib (hәm dә
tәkcә mәnimkini yox) tamam axırıma çıxmışdı. Ümu-
miyyәtlә, düşәrgәdә bizә geyindirdiklәri paltar xoşuma
gәlmirdi; namünasibdi, çatışmazlıqları çoxdu, әmәlli-
başlı narahatlıq mәnbәyi idi. Kәsә deyәcәyәm: bu paltar
tәyin olunmuş mәqsәdlәrә uyğun gәlmirdi. Payızda,
bezdirici, zәhlәtökәn, sonu görünmәyәn narın yağışlar
yağmağa başlayanda mәhbus paltarının tikildiyi kәtan
parça dәmir kimi bәrkiyirdi vә bizim donmuş dәrimiz,
tәbii ki, o parça ilә tәmasa girmәmәyә çalışırdı (cәhd-
lәrimiz isә uğursuz olurdu). Belә mәqamlarda zolaqlı
plaşımız da kömәk elәmirdi. Belә plaşları istisnasız
156 olaraq hamımıza paylamışdılar vә o, yağışın altında әlavә
yükә çevrilir, üstümüzdә daha bir nәm qatı әmәlә
gәtirirdi. Amma, fikrimcә, sement torbaları hazırlanan
kobud kağızın, lap az da olsa, faydası dәyirdi. Digәr
düşәrgә sakinlәrindәn nümunә götürәrәk, Bandi Sitrom
da özü üçün belә kağızlar әkişdirir vә paltarın altından
bәdәninә dolayırdı. Hәrçәnd bu, böyük risk idi, çünki
tezliklә üstü açıla bilәrdi, üstәlik dә, bir dәyәnәk zәrbәsi
kürәyinә, biri dә sinәnә dәydimi, kağız dәrhal özünü hiss
elәtdirir. Hәtta lap xışıldamasa belә, paltarın altında
sudan, nәmdәn şişmiş yeni qatın (o qatdan ancaq gizlincә
xilas olmaq mümkündü) әmәlә gәlmәsi çox şeydәn xәbәr
verir.

Amma hәr şeydәn çox çәkmәlәrim mәni narahat
edirdi. Әslindә, hәr şey palçıqdan başlandı. Etiraf etmә-
liyәm ki, bu mәnada da әvvәlki düşüncәlәrim mövcud
reallığa uyğun gәlmirdi. Evimizdә olanda mәn, әlbәttә
ki, palçıq görmüşdüm, özü dә dәfәlәrlә; hәtta palçığın
üstündә dә gәzmişdim. Amma heç ağlıma da gәtirmә-
mişdim ki, palçıq insan üçün ciddi qayğıya, bәlaya
çevrilә bilәr. Az qala, dizә qәdәr palçığa bulaşırsan, sonra
da bütün gücünü toplayıb bir sıçrayışla ayağını qatı lilin
   151   152   153   154   155   156   157   158   159   160   161