Page 143 - talesiz
P. 143
ESİZ

Hәr halda, artıq bunu görmәyә bilmәzdim: o daha 143
heç kimin tanımadığı әvvәlki adam deyildi. Dost-tanışları
bir-birinin sözünü kәsәrәk, onu tәbrik elәmәyә başladılar,
xoş sözlәr, tәriflәr söylәndi, hamı әlini sıxmağa can atdı.
O özü isә uzanan әllәrin bәzilәrini sıxır, bәzilәrinә isә
әhәmiyyәt vermirdi; әli uzalı qalanlar tez әllәrini geri
çәkib kәnara dururdular. Bundan sonra әn tәntәnәli an
(hәr halda, mәnim nәzәrimdә) başlandı. Hamının diqqәtlә
әhatә elәdiyi hәmin adam şәstlә, qürurla, hәtta, mәn
deyәrdim, ehtiram dolu bir sükutla başını qaldırdı,
tәlәsmәdәn, tәәccüblü vә qayğılı baxışların müşayiәtilә
rütbәsinә görә bu gündәn haqqı çatan ikinci yemәk payını
(özü dә lap qazanın dibindәn) almağa yollandı.

Növbәti dәfә eyni hәrflәr sinәsini qabağa verib şax
yeriyәn bir adamın qolundakı sarğıda gözümә dәydi.
Keçmiş zabitlәrdәn idi vә hәlә Osvensimdәn yadımda
qalmışdı. Bir dәfә onun rәhbәrliyi altında işlәmәli
olmuşdum vә inanın ki, yaxşı adam üçün canını verәrdi.
Müftәxorlara vә özgә әmәyini mәnimsәyәnlәrә münasi-
bәtinә gәlincә isә, özünün lap әvvәldәn dediyi kimi, qoy
ondan mәrhәmәt gözlәmәyә ümid etmәsinlәr. Ertәsi gün
Bandi ilә biz sakitcә o biri briqadaya keçmәyә çalışdıq.

Gözümә bir maraqlı dәyişiklik dә dәydi. Fikir
verdim ki, zavod fәhlәlәri, mühafizә dәstәsinin üzvlәri,
hәtta bizim imtiyazlı qardaşlarımızın bәzilәri nәsә başqa
cür olublar. Әvvәlcә bütün bunları necә izah elәmәli
olduğumu anlamadım: hәr halda, onlar mәnim gözümә
çox gözәl görünmәyә başlamışdılar. Yalnız sonralar bәzi
әlamәtlәrә görә mәsәlәnin nә yerdә olduğunu anladım.
Tәbii ki, biz özümüz dәyişmişdik, sadәcә bunu dәrk
elәmәk mәnimçün çәtin idi. Mәsәlәn, Bandiyә baxanda
onda xüsusi bir şey görmürdüm. Amma indiki Bandini
tanışlığımızın ilk günündә sırada mәndәn sağda dayan-
   138   139   140   141   142   143   144   145   146   147   148