Page 138 - talesiz
P. 138
İMRE KERTES

köklükdәn bәdәninә yapışmayan әliylә cibindәn çörәk

qırıntısı çıxarırdı. Sonralar düşәrgәdә istehza ilә danı-

şırdılar (hәrçәnd bu barәdә onun öz dilindәn bir kәlmә

dә eşitmәmişdim) ki, guya bir vaxtlar o da bir neçә aksiya

sahibi imiş. Bir dә eşitmişdim ki, burada da benzin emal

elәyirlәr (elә buraların iy-qoxusu da Çepel adasındakı

neftayırma zavodunu xatırladırdı), amma daha peşәkar

üsulla, yәni mayeni neftdәn yox, boz kömürdәn alırlar.

Bu, mәnә maraqlı gәldi, amma başa düşürdüm ki, burada

mәnim fikrimi soruşan yoxdur, onların hәrbi әsirdәn

tәlәbi tamam başqadır. Qardaşımızı narahat elәyәn

138 mәsәlәlәrdәn biri sәnin hansı Arbeitskommando1 üçün
yararlı olduğundur. Düşәrgәnin bәzi sakinlәri bellә

işlәmәyә üstünlük verirdi, digәrlәri külünglә; bәzilәri dә

and-aman elәyirdi ki, әn yaxşı iş kabel çәkmәkdir. Beton-

qarışdırma briqadasına düşmәyә can atanlar da az deyildi.

Bәzilәrini isә (bundan qәti baş açmaq olmurdu), kim bilir,

hansı gizli sәbәblәr, hansı üstünlüklәr kanalizasiya

işlәrinә tәrәf çәkirdi. Günlәrlә qurşağa kimi sarı palçığın

vә ya qara neft kütlәsinin içindә dayanmaq asan iş de-

yildi. Hәrçәnd bunun sәbәblәri olduğuna az adam şübhә

edirdi, çünki burada daha çox latış “müsәlmanlar” vә

onların hәmfikirlәri olan “finlәr” işlәyirdi. Gündә bir

dәfә, axşam evә getmәk vaxtı çatanda “Antreten!”

komandasının adamı cәlb elәyәn kәdәrli vә uzun

melodiyası sәslәnirdi. Yuyunma otağındakı basabasda

Bandi Sitrom gümrah sәslә: “Ey, müsәlmanlar, sıxlaşın!”

– deyә qışqırır, ikimizә dә yer elәyirdi. Bәdәnimin onun

ciddi nәzәrlәrindәn gizlәyә bilәcәyim bir hissәsi yox idi.

“Әsbabını da yu, bit-birә basar” deyirdi vә mәn dә

gülәrәk әmrә tabe olurdum. Yuyunmadan sonra hәmin

xüsusi saat başlayırdı: xırda qayğılar, zarafatlar, giley-

1 Arbeitskommando – işçi briqadası (alm.)
   133   134   135   136   137   138   139   140   141   142   143