Page 142 - talesiz
P. 142
İMRE KERTES

oğlan uşaqlarında, hәrdәn dә qadınlarda axtardığı lәzzәtә

bәnzәdirdilәr. Blok rәisinin kömәkçisi üçünsә nizam-in-

tizam bәhanә deyil, әsl hәyat tәrzi idi vә әgәr o, mәc-

buriyyәtdәn belә elәmәli olursa, bunu istisnasız olaraq

ümumi maraqlar çәrçivәsindә edir. Digәr tәrәfdәn, әdalәt,

nizam-intizam tam olmur, getdikcә azalır. Buna görә dә

rәisin kömәkçisi çömçәni әlinә alıb növbәni pozaraq

qazana soxulmağa çalışanlar arasında nizam-intizam

yaratmağa mәcburdur. Nәticәdә sәn çox asanlıqla (әgәr

indiyә qәdәr zәhmәt çәkib qazana yaxınlaşmağın,

boşqabı nәzәrdә tutulmuş tәrәfdәn uzatmağın yollarını

142 öyrәnә bilmәmisәnsә), hәtta göz qırpımındaca әlindәki
içi şorba dolu boşqabı havaya uçan zәrәrçәkmişlәrdәn

birinә çevrilә bilәrsәn, zira, öz intizamsızlığınla onun

işini çәtinlәşdirir, demәli, hәm dә növbәdә dayanmış

digәrlәrini lәngidirsәn. Buna görә tәnbәllәri sәhәrlәr aya-

ğından tutub yataqdan çıxarır, axı bir nәfәrin gecikmәsinә

görә günahı olmayanlar da cәza çәkirdi.

Onlardan başqa burada hәmişә sәliqә ilә ütülәnmiş

zolaqlı paltarda gәzәn vә qollarında sarı sarğı olan alman

kapoları1 da (xoşbәxtlikdәn, elәlәrini az görmüşdüm)

vardı. Sonralar mәnim tәәccübümә rәğmәn, sıralarımızda

qolunda qara sarğı olan adamlar da gözә dәymәyә

başladı. Sarğının üstündә yazılmışdı: “Vorarbeiter”2. Bir

dәfә bir hadisәnin şahidi oldum. Bizim blokun indiyә

qәdәr nadir hallarda diqqәtimi cәlb elәyәn (bildiyimә

görә, başqalarının da nәzәrindә hörmәt qazanmamış,

hәrçәnd kifayәt qәdәr inadkar, cantaraq) bir sakini şam

yemәyi zamanı ilk dәfә qolunda yeni sarğı ilә qarşımızda

peyda oldu.

1 Kapo – Üçüncü reyxin həbs düşərgəsində rəhbərliyə işləyən imtiyazlı
məhbus
2 Vorarbeiter – baş usta (alm.)
   137   138   139   140   141   142   143   144   145   146   147