Page 116 - talesiz
P. 116
İMRE KERTES

özümü saxlaya bilmәdim. Gömrükdәn jandarmeriya
idarәsinә qәdәr polislәrin bizi hәvәssiz, az qala, sıxıla-
sıxıla mühafizә etdiklәri o unudulmaz gün yadıma düşdü.
Amma etiraf etmәyә bilmәzdim ki, bizim jandarmlar
hәddәn artıq qaba olmaları ilә yanaşı, bu lal-dinmәz, әn
xırda detallarına qәdәr dәqiq olan peşәkarlıq fonunda
sadәcә sәs-küylü vә diletant görünürdülәr. Hәtta o
әsgәrlәrin üzlәrini, saçlarının vә gözlәrinin rәngini,
onların bu vә ya digәr xarakter özәlliklәrini, bәzi әyәr-
әskiklәrini, mәsәlәn, çәnәdәki civzәni yaxşı görsәm dә,
nәyә görәsә buna әhәmiyyәt vermәdim. Elә bil özümü
116 yanımızda canlı insanların addımladığına, onların da bizә
bәnzәdiklәrinә, bizimlә eyni xәmirdәn yoğurulduqlarına
inanmağa mәcbur etmәli olurdum. Elә o andaca ağlıma
bir fikir gәldi ki, deyәsәn, nәdәsә sәhv edirәm. Axı
haradan baxırsansa bax, mәn onlar kimi deyilәm.

Yamacla bir müddәt üzüyuxarı qalxdıq, sonra,
Osvensimdәki qәdәr olmasa da, möhtәşәm, amma yeni-
dәn әyrü-üyrü yola çıxdıq. Әtraf yamyaşıl otluq idi,
sәliqәli tikililәr vardı, bir az aralıda ağaclarla әhatә
olunmuş evlәr, parklar, bağçalar görünürdü. Bütün bu
әrazidә, bütün bu tәnasübdә incә bir sadәlik vardı. Hәtta
insaf naminә deyim ki, mәnzәrә gözlәrә zövq verirdi –
әn azından, Osvensimә alışmış gözlәrә. Yolun sağ
tәrәfindә qәfildәn qarşımıza çıxan mәnzәrәyә ağzımızı
açıb baxırdıq – әsl zoopark idi; cüyürlәr, müxtәlif
gәmiricilәr vә digәr heyvanların arasında yorğun, boz ayı
da gözә dәyirdi. Bizim dәstәnin addım sәslәrini eşidәndә
ayı hәyәcanla yerә oturub aciz görkәm aldı, hәtta öz
qәfәsindә sanki tәlxәklik elәmәyә başladı. Amma bu dәfә
bütün sәylәri, tәbii ki, bihudәydi. Sonra yolayrıcındakı
yaşıl çәmәnliyin ortasında ağ postamentin üstündә
qoyulmuş heykәlin yanından keçdik. Heykәl postamentlә
   111   112   113   114   115   116   117   118   119   120   121