Page 118 - talesiz
P. 118
İMRE KERTES
Hә, sonra dәhlizlә gedib şüşә pәncәrәyә yaxınla-
şırsan. Orada tәsadüfәn ağzında qızıl diş olub-olmadığını
soruşurlar. Bununla da mәsәlә bitmir. Artıq başının tükü
çıxmış, üstәlik dә, bu yerlәrin köhnә sakinlәrindәn
sayılan biri adını anbar dәftәrinә yazıb, sәnә sarı üçbucaq,
enli parça qırığı vә kәtan paltar verir. Üçbucağın
ortasında sәnin macar olduğunu vurğulayan “U”1 hәrfi
yazılır, parça qırığının üstündә isә nömrәn. Mәnimkindә
64921 yazılmışdı. Sonradan öyrәndim ki, bu nömrәnin
almanca tәlәffüzünü – “Vier-und-sechzig, neun, ein-und-
zwanzig” – mümkün qәdәr tez әzbәrlәmәli vә mәndәn
118 kim olduğumu soruşanda ancaq belә cavab vermәliyәm.
Amma nömrәni dәrinә yazmırlar vә әgәr birdәn (mәsә-
lәn, hamamda) bu mәsәlә ilә bağlı narahat olsan, ya da
maraqlanıb sual versәn, köhnә dustaqlar әllәrini göyә
qaldıracaq, gözlәrini süzüb etiraz edәcәklәr: “Aber Mensch,
um Gotteswillen! Wir sind doch hier nicht in Ausch-
witz!”2 Bununla belә, nömrә dә, üçbucaq da axşama
qәdәr paltarının yaxasına tikilmәliydi vә bu işdә sәnin
yeganә kömәkçilәrin iynә-sapın sahiblәri, yәni dәrzi-
lәrdir. Әgәr növbәdә durmaq sәni bezdirirsә, çörәk payı-
nın vә marqarinin bir hissәsindәn keçmәklә prosesi
sürәtlәndirә bilәrsәn. Amma dәrzi bütün hallarda öz işini
görür, çünki bu, onun birbaşa vәzifәsidir.
Buhenvaldda qәhvәaltı üçün undan hazırlanmış isti
horra, günortaüstü çörәk payı verilir. Adәtәn, qara çörәk
kömbәsinin üçdәbirini, bәzәn dә yarısını verirlәr. Osven-
simdә bizә naharda horranın içindә çörәyin dörddәbirini,
bәzәn hәtta beşdәbirini verirdilәr. Bir az qatı yemәklәrin
içindә әtә oxşayan qırmızımtıl tellәr, bәxtin gәtirsә, bir
1 Ungarn – Macarıstan (alm.)
2 Aber Mensch, um Gotteswillen! Wir sind doch hier nicht in Auschwitz!
– Allah eşqinə! Dostum, biz axı Osvensimdə deyilik! (alm.)