Page 119 - talesiz
P. 119
TALESİZ
tikә dә әt olur. Burada “Zulage”1 anlayışı ilә tanış oldum. 119
Bu sözün mәnası odur ki, sәnin gündәlik marqarin nor-
mana bir tikә “wurst”2 vә ya bir qaşıq mürәbbә әlavә
edilir (bizimlә eyni düşәrgәdә olan vә belә vәziyyәtlәrdә
çox mәmnun görünәn keçmiş zabitin ifadәsilә desәk,
“ağzına pay atırdılar”).
Buhenvaldda bizi çadırlara yerlәşdirdilәr. Bura
“Zeltlager” – yәni çadır düşәrgәsi vә ya başqa sözlә,
“Kleinlager” – yәni kiçik düşәrgә idi. Saman döşәklәrin
üstündә yatırdıq. Hamımız birlikdә, müәyyәn sıxlıqda,
hәm dә üfüqi istiqamәtdә uzanırdıq. Düşәrgәnin arxasın-
dakı mәftil çәpәr hәlә ki cәrәyan altında deyildi. Amma
bizi xәbәrdar elәmişdilәr ki, gecә kimsә çadırdan çıxmaq
fikrinә düşsә, qurdbasar itlәr onları parçalayar. Bu
xәbәrdarlığın ciddiyyәtinә (hәtta belә olmasa da) şübhә
elәmәk adamı әvvәlcә heyrәtә salırdı, amma sonra daha
mәntiqli göründü. Daş döşәnmiş küçәni bizdәn ayıran
mәftil çәpәrdәn o üzdә isә sәliqәli, böyük düşәrgәnin
yamac boyunca hәr tәrәfә yayılmış yaşıl barakları vә
ikimәrtәbәli kәrpic evlәr vardı. Çәpәrin әtrafında hәr
axşam şıdırğı alver gedirdi. Orada peyda olan köhnә
düşәrgә sakinlәrindәn münasib qiymәtә qaşıq, bıçaq,
metal cam, pal-paltar әldә elәmәk mümkün idi. Bir dәfә
onlardan biri cәmi yarım kömbә çörәyә mәnә pulover
tәklif elәmişdi. Malı göstәrә-göstәrә әlindә bir xeyli
oynatdı, işarәlәrlә nәyisә izah elәyib, dilә tutdu. Amma
mәn almağa heç cür qәrar verә bilmәdim. Yayda pulover,
onsuz da, lazım olmur. Qışa isә, mәnә elә gәlirdi ki, hәlә
çox var.
1 Zulage – əlavə, pərsəng (alm.)
2 Wurst – kolbasa (alm.)