Page 98 - Stiven Kinq
P. 98
ven Kinq

Conni yalnız başını yellәdi.
O, Dennini missis Labellin yanında qoymuşdu, odur ki, ev
sükuta qәrq olmuşdu. Ensiz pillәkәnlә çardağa qalxdı, elektrik
açarını burub, tavandan asılmış iki lampanı yandırdı. Onların
әşyaları çardağın küncündә qalaqlanmışdı. Narıncı çamadanların
üstünә Monreal etiketlәri yapışdırılmışdı. Cәmisi üç çamadan
idi. O, onlardan birini açdı, onun ciblәrini axtardı, amma heç nә
tapmadı. Üzük ikinci çamadanda da deyildi. Üçüncüdә dә
hәmçinin.
Sara dәrindәn nәfәs aldı, özünü axmaq vәziyyәtdә vә bir
qәdәr mәyus hiss edirdi. Amma sanki üstündәn yük götürülmüşdü.
Üzük-filan yoxdur. Bağışla, Conni. Digәr tәrәfdәn, üzr istәmәyin
yeri yoxdur. Yoxsa hәr şey daha qorxunc ola bilәrdi.
O, çamadanları Uoltun kollec vaxtlarının küncdә qalaqlanmış
köhnә dәrsliklәri vә haçansa itin vurub sındırdığı vә Saranın
atmağa әli gәlmәdiyi döşәmә lampasının arasında yerbәyer
etmәyә başladı. Əllәrinin tozunu çırpıb getmәyә hazırlaşarkәn,
sanki daxilindәn bir sәs pıçıldadı: “Axı sәn düzәmәlli axtarmadın,
elә deyilmi? Əslindә sәn onu heç tapmaq da istәmirdin, düzdürmü,
Sara?”
Bәli, o, doğrudan da, oradan heç nә tapmaq istәmirdi. Vә
әgәr içindәn gәlәn sәs onun yenidәn çamadanları açıb-tökәcәyini
zәnn edirdisә, yanılırdı. Çünki Sara Dennini artıq on beş dәqiqә
bundan qabaq götürmәliydi. Uolt isә öz firmasının böyük
tәrәfdaşlarından birini (bu, çox mühümdü) şam yemәyinә dәvәt
etmişdi; bundan başqa, Sara Uqandadakı sülh korpusundan olan
Betti Hekmanın mәktubuna cavab yazmağa hazırlaşırdı – Betti,
orada qalmaq müddәti başa çatmamış, Kentukkidәn olan son
dәrәcә zәngin bir at mütәxәssisinin oğluna әrә getmişdi. Üstәlik,
Sara hәr iki vanna otağında yır-yığış etmәli, saçlarını sahmana
salmalı vә Dennini çimizdirmәliydi. Onun işi, doğrudan da,
başından aşırdı vә bu bürkülü, tozlu çardaqda eşәlәnmәyә vaxtı
yox idi.
Bütün bunlara baxmayaraq, o, yenidәn çamadanları açdı,
bu dәfә onların bütün ciblәrini töküşdürdü vә üçüncü çamadanın
lap dibindәn öz nişan üzüyünü tapdı. O, üzüyü lampalardan

98
   93   94   95   96   97   98   99   100   101   102   103