Page 95 - Stiven Kinq
P. 95
Ölü zona
– Onu mәnim yanıma gәtirәrsәn? Onu görmәk istәrdim.
– Gәtirәrәm, – Sara dedi vә uşağın heç vaxt buraya gәtiril-
mәyәcәyini bildiklәrindәn, hәr ikisi bir-birinә baxıb süni surәtdә
gülümsәdilәr, – Conni, sәnә nәsә lazımdır?
Mәnә yalnız sәn lazımsan. Vә bir dә dörd il yarım әvvәlә
qayıtmaq.
– Yox, – o dedi, – sәn hәlә dә müәllimsәn?
– Hәlәlik, hә.
– Hәlә dә o zәhrimar kokaini iylәyirsәn?
– Of, Conni, heç dәyişmәmisәn. Yenә hәminki kimi zarafat
elәyirsәn.
– Hә, zarafat elәyirәm, – o razılaşdı vә yenә dә, sanki dirijor
öz çubuğuyla göstәriş veribmiş kimi, araya sükut çökdü.
– Yanına yenә gәlmәk olar?
– Əlbәttә, – o dedi, – bu, lap әla olar, Sara, – Conni söhbәti
bu cür qeyri-müәyyәn notda bitirmәmәk vә özünә dә, Saraya da
әzab vermәmәk üçün bir qәdәr tәrәddüd etdi. O, nәsә sanballı bir
şey demәk istәyirdi, – sәn düzgün iş tutmusan, Sara.
– Doğrudan? – Sara gülümsünәrәk soruşdu vә dodaqları tit-
rәdi. – Mәn buna әmin deyilәm. Bütün bunlar insafsızlıq kimi
görünür... istәsәn dә, istәmәsәn dә, bu, düzgün deyil. Mәn öz
әrimi vә uşağımı sevirәm. Uolt deyәndә ki, gәlәcәkdә biz
Banqorda yaşayacağıq, mәn ona inanıram. O deyir ki, vaxt
gәlәcәk, o, tәmsilçilәr palatasına, Bill Koeninin yerinә öz
namizәdliyini verәcәk, mәn buna da inanıram. O deyir ki, haçansa
prezidenti Men ştatından seçәcәklәr, mәn, demәk olar, inanıram.
Sonra isә buraya gәlib, sәnin yazıq olmuş ayaqlarına baxıram... –
O, yenidәn ağlamağa başladı. – Onlar, elә bil әt maşınından
çıxıb, özün dә arıqlayıb çöpә dönmüsәn...
– Yaxşı, Sara, lazım deyil.
– Quruca nәfәsin qalıb. Hәr şey elә yanlış vә әdalәtsizdir ki,
adam nifrәt etmәyә bilmir. Bu, düzgün deyil, düzgün deyil.
– Bәzәn nә qәdәr çalışsan da, heç nә düzgün alınmır – o de-
di, – amansız qoca dünyadır. Bәzәn sadәcә olaraq mümkün olan
yeganә şeyi etmәli vә bununla barışmalı olursan. Get vә xoşbәxt
ol, Sara. Mәni görmәk istәsәn, buyur, gәl. Amma gәlәndә özünlә
kribbic üçün lövhә dә gәtir.
95