Page 94 - Stiven Kinq
P. 94
ven Kinq

çәkә-çәkә ayağını döşәkçәnin üstündәn götürdü, dizini qatlayıb,
yenidәn açdı, – bәlkә dә, onlar Hamptini yenidәn yapışdırıb
düzәldә bilәcәklәr. Tәzә ayılanda bunu elәyә bilmirdim, heç
ayağımı da indiki kimi aça bilmirdim.

– Conni, sәn düşünürsәn, – Sara dedi, – danışa bilirsәn... biz
hamımız elә bilirdik ki... başa düşürsәn dә...

– Hә, axı Conni bitkiyә çevrilmişdi.
Yenә dә araya naqolay, cansıxıcı bir sükut çökdü. Sükutu,
üzündә yalançı canlanma yaradan Conni pozdu:
– Bәs sәn özün necәsәn?
– Mәn... evliyәm. Yәqin, eşitmiş olarsan.
– Hә, atam deyib.
– O, elә yaxşı adamdır ki, – Sara dedi vә birdәn, dil-boğaza
qoymadan danışmağa başladı: – Mәn gözlәyә bilmәzdim, Conni.
Buna mәn dә tәәssüflәnirәm. Hәkimlәr deyirdi ki, sәn bu
vәziyyәtdәn qurtula bilmәyәcәksәn, getdikcә daha dәrin yuxuya
gedәcәksәn, ta... ta yox oluncaya qәdәr. Hәtta bilsәydim belә... –
o, özünә haqq qazandırmağa çalışaraq, karıxmış halda Conniyә
baxırdı. – Conni, ayılacağını bilsәydim belә, gözlәyә bilmәzdim.
Dörd il yarım – bu, xeyli vaxt demәkdir.
– Hә, elәdir, – Conni dedi, – böyük vaxtdır. İstәyirsәn, sәnә
kәdәrli şeylәr danışım? Kimin ölüb, kimin qaldığını bilmәk üçün
bu dörd ildә çıxan jurnalları mәnә gәtirmәlәrini istәdim. Trumen,
Cenis Coplin, Cimi Hendriks – bunların heç birisi hәyatda deyil.
Hendriks – ilahi, mәn onun “Tünd-qırmızı alatoran”ı necә oxu-
duğunu xatırladım vә özümü onun ölümünә inandıra bilmәdim.
Sonra kimlәr gәlir – Den Bloker. Sәn vә mәn. Biz sadәcә yox
olduq.
– Mәn dözә bilmirәm, – Sara az qala pıçıltıyla dedi, – mәn
özümü günahkar hiss edirәm. Ancaq mәn onu sevirәm, Conni.
Çox sevirәm.
– Yaxşı, әsas olan da elә budur.
– Onun adı Uolt Hezlitdir vә o...
– Yaxşısı budur, öz uşağın haqqında danışasan, – Conni
dedi, – incimә, yaxşı?
– O, xalis şaftalıdır, – Sara gülümsәdi, – yeddiaylıqdır. Adı Den-
nisdir, amma biz onu Denni çağırırıq. O, ata babasının adını daşıyır.

94
   89   90   91   92   93   94   95   96   97   98   99