Page 93 - Stiven Kinq
P. 93
Ölü zona

– Mәn elә dә tez-tez zarafat elәmirәm. Yәqin, sәni yenidәn
gördüyümdәndi... mәnim bütün müdafiә istehkamlarım uçulub
dağıldı, Sara.

– Onların sәni buraxmaq fikirlәri varmı?
– Haçansa. Bu, keçmişlәrdә adamı sıraların arasından ke-
çirmәyә bәnzәyir – nә vaxtsa bu barәdә oxumusan? Əgәr bütün
hindi tayfası mәni tomaqavkla vurandan sonra sağ qalsam, o
halda buradan çıxacağam.
– Bu yay?
– Yox... çәtin ki.
– Hәr şeyin belә alındığına görә çox tәәssüf edirәm, – Sara
güclә eşidilәn sәslә dedi, – anlamağa çalışıram ki, nә üçün...
yaxud hadisәlәrin gedişatını dәyişmәk olmazdımı... vә yuxum
әrşә çәkilirdi. Əgәr onda xarab olmuş sosiskaları yemәsәydim...
әgәr sәn mәnim yanımda qalsaydın, evә getmәsәydin... – O,
başını yellәyәrәk Conninin üzünә baxdı, gözlәri qıpqırmızı
olmuşdu. – Hәrdәn mәnә elә gәlir ki, heç bir uduş-filan olmayıb.
Conni gülümsәdi:
– İkiqat zero. Sahib udur. Yadındadır? Mәn axı o çarxın işi-
ni bitirdim, Sara.
– Hә. Sәn beş yüz dollardan çox pul uddun.
Conni Saraya baxdı, o, hәlә dә gülümsәyirdi, amma bu,
daha çox әzabkeş gülüşünә bәnzәyirdi.
– İstәyirsәn, sәnә maraqlı bir şey danışım? Hәkimlәrim de-
yir ki, uşaqlıqda kәllә-beyin travması almışam vә olsun ki, sağ
qalmağımın sәbәbi dә mәhz bununla bağlıdır. Ancaq belә bir
şeyin olduğunu heç cür xatırlaya bilmirәm, atamla anam da
mәnim kimi. Amma hәr dәfә bu barәdә fikirlәşәrkәn, gözlәrim
önünә Uğur çarxı gәlir... vә yanan rezin iyi hiss edirәm.
– Bәlkә, sәn uşaqlıqda da maşın qәzasına düşmüsәn, – Sara
bunu inamsızlıqla dedi.
– Yox, düşünürәm ki, iş bunda deyil. Amma çarx sanki
mәni xәbәrdar etmәk istәyirdi... mәnsә buna әhәmiyyәt vermәdim.
Sara oturuşunu dәyişib, qәtiyyәtsiz sәslә:
– Lazım deyil, Conni, – dedi.
Conni çiyinlәrini çәkdi.
– Bәlkә dә, bütün bunlar, dörd ilin uğurlarını bircә gecәdә
xәrclәdiyim üçün baş verdi. Bir bura bax, Sara, o, ehtiyatla, әzab

93
   88   89   90   91   92   93   94   95   96   97   98