Page 89 - Stiven Kinq
P. 89
Ölü zona

– Mәn çox düşünüb-daşındım, – Veyzak davam etdi, – sizә
anamın öldüyünü demişdim, amma bu, yalnız tәxmin idi. Atamı
Varşavanın müdafiәsi zamanı öldürüblәr. Anam isә itkin düşüb,
elәdirmi? Mәntiqlә düşünsәk, onun alman hücumu zamanı...
onların atәşiylә hәlak olduğu zәnn edilmәlidir, başa düşürsünüz?
O, itkin düşmüşdü, mәnim tәxminim isә mәntiqәuyğun idi. Am-
neziya... bir nevroloq kimi sizә demәliyәm ki, ümumi yaddaşın
bu cür uzun müddәtә itirilmәsi çox nadir hadisәdir. Hәtta mәn
deyәrdim, әsl şizofreniyadan da nadir hadisәdir. Mәn hәlә kiminsә
otuz beş ildәn dә uzun sürәn amneziya halının qeydә alınmasını
eşitmәmişәm.

– O, amneziyadan çoxdan qurtulub, – Conni dedi, – yәqin,
sadәcә olaraq öz keçmişini hәmişәlik unudub. Yaddaşı özünә
qayıdandan sonra o, yenidәn әrә gedib vә iki... ya da üç uşaq
dünyaya gәtirib. Xatirәlәr, bәlkә dә, onda tәqsirkarlıq hisslәri
yarada bilәrdi. Amma, hәr halda, zaman-zaman sizin barәnizdә
fikirlәşir. “Oğlan xilas olub”. Siz ona zәng etdinizmi?

– Hә, – Veyzak dedi, – birbaşa avtomat telefondan. Bilirsiniz,
indi bu, çox asandır. Hәm dә rahatdır. Bir rәqәmini, sonra kodu
vә nömrәni yığırsan, vәssalam. On bir rәqәmi ard-arda yığıb
ölkәnin istәnilәn nöqtәsiylә әlaqә yaratmaq olur. Dәstәyi bir
oğlan uşağı... yox, bir yeniyetmә götürdü. Mәn Missis Borensin
evdә olub-olmadığını soruşdum. Vә onun “ana, sәni istәyirlәr” –
deyә sәslәndiyini eşitdim. Sonra o, dәstәyi stolun, ya da nәsә
bәrk bir şeyin üstünә qoydu. Mәn Men ştatında, Atlantik okeandan
haradasa qırx mil uzaqlıqda, Banqordaydım, amma yeniyet-
mәnin Sakit okeanın sahilindәki bir şәhәrdә dәstәyi necә stolun
üstünә qoymasının sәsini eşitdim. Ürәyim... elә döyünürdü ki,
özüm dә qorxdum. Nә qәdәr gözlәdiyimi bilmirәm. Sonra dәstәyi
o götürdü: “Eşidirәm... Alo?”

– Bәs siz necә? Özünüzü itirdiniz?
– Mәn, siz dediyiniz kimi, özümü itirdim, – Veyzak cavab
verdi vә riyakarcasına gülümsündü. – Mәn dәstәyi asdım. Nәsә
sәrt bir şey içmәk istәyirdim, amma әlimә heç nә keçmәdi.
– Onun ananız olduğuna әminsiniz?
– Con, bu, çox sadәlövh sualdır! Otuz doqquzuncu ildә mә-
nim doqquz yaşım vardı. O vaxtdan bu yana anamın sәsini

89
   84   85   86   87   88   89   90   91   92   93   94