Page 84 - Stiven Kinq
P. 84
ven Kinq

– Hellmut Borenslә onun dörd uşağı olub, – Conni hәminki
zәif vә sakit sәslә danışırdı, – tale Hellmutu dәrbәdәr salıb. Bir
müddәt Türkiyәdә, sonra isә haradasa Cәnub-Şәrqi Asiyada
yaşayıb. Bәlkә dә, Laosda vә ya Kambocada. Sonra buraya gәlib.
Əvvәlcә Virginiyaya, sonra ayırd elәyә bilmәdiyim başqa yerlәrә
gedib, nәhayәt, Kaliforniyada yerlәşib. İohannayla o, Amerika
vәtәndaşlığı alıblar. Burada Hellmut Borens dünyasını dәyişib.
Uşaqlarından biri hәlak olub. Qalanları sağ-salamatdır. Ananız
tez-tez sizin barәnizdә düşünür. Belә dәqiqәlәrdә isә hey deyir:
“oğlan xilas olub”. Amma o, sizin adınızı xatırlamır. Bәlkә dә,
artıq hәr şeyin itirildiyini düşünür.

– Kaliforniya dediniz? – Veyzak fikirli-fikirli soruşdu.
– Sem, – doktor Braun dedi, – vallah, onu tәşviq etmәyә
dәymәz.
– Kaliforniyanın harasında, Con?
– Karmeldә. Sahildә. Amma hansı küçәdә olduğunu dәqiq
deyә bilmәyәcәyәm. Küçәnin adını ayırd edә bilmәdim. O, ölü
zonada yerlәşirdi. Piknik masası vә qayıq kimi. Amma ananız
Kaliforniyada, Karmeldә yaşayır. İohanna Borens. O, hәlә
qocalmayıb.
– Hә, әlbәttә, o, hәlә qoca olmamalıdır, – Veyzak hәminki
fikirli vә boğuq sәslә dedi, – almanlar Polşaya hücum edәrkәn
onun cәmisi iyirmi dörd yaşı vardı.
– Doktor Veyzak, mәn tәkid edirәm... – Braun sәrt sәslә
dedi.
Veyzak sanki dәrin fikirdәn ayıldı. Ətrafına boylandı, elә
bil öz kiçik kolleqasını ilk dәfәydi ki, görürdü.
– Hә-hә, – o dedi, – әlbәttә. Bu gün üçün sual-cavab elәdi-
yimiz yetәr... baxmayaraq ki, mәncә, o, bizә bizim ona danışdı-
ğımızdan çox şey danışdı.
– Boş şeydir, – Braun onun sözünü kәsdi. Conni isә öz-
özlüyündә düşündü: o, qorxuya düşüb. Əmәlli-başlı qorxub.
Veyzak Braunun, sonra isә tibb bacısının üzünә gülümsündü.
Tibb bacısı Conniyә, qapısı pis bağlanmış qәfәsdәki pәlәngә
baxırmış kimi baxırdı.
– Bu barәdә heç kimә heç nә danışmayın, bacı. Nә müdiriy-
yәtә, nә ananıza, nә qardaşınıza, nә sevgilinizә, nә dә keşişә.
Aydındır?

84
   79   80   81   82   83   84   85   86   87   88   89