Page 79 - Stiven Kinq
P. 79
Ölü zona
Hazırda o, altı ildir ki, bankda müştәrilәrә borc vermәklә
mәşğuldur. Komaya düşmәzdәn öncә isә iki il kassir işlәmişdi.
Arizonada on iki il sәrasәr huşsuz yatmış bir qadın yaşayır. O,
altmış doqquzuncu ildә komadan çıxanda, ona on iki il әvvәl
doğulmuş uşağını göstәrdilәr. Uşaq artıq yeddinci sinfә gedirdi
vә söz düşmüşkәn, çox yaxşı oxuyurdu.
– Mәn şikәst arabasında hәrәkәt etmәli olacağam? – Conni
soruşdu. – Ayaqlarımı aça bilmirәm. Əllәrimi birtәhәr tәrpәdirәm,
ayaqlarımsa...
– Əzәlәlәr yığılır, – Veyzak dedi, – aydındır? Elә buna görә
dә komatoz xәstәlәr әyilir, sanki yumrulanırlar, bizim embrion
vәziyyәti adlandırdığımız bir hal alırlar. Hazırda biz koma zamanı
bәdәndә baş verәn dәyişikliklәr haqqında daha çox şeylәr bilirik
vә xәstәliyi daha asan dәf elәyirik. Huşsuz yataqda uzandığınız
vaxtlarda belә, sizinlә fizioterapevt mәşğul olurdu. Bir şey dә
var ki, xәstәlәr komatoz vәziyyәtlәrә müxtәlif cür reaksiya
verirlәr. Sizdә, Conni, pislәşmә prosesi kifayәt qәdәr yavaş
gedirdi. Özünüzün dә dediyiniz kimi, qollarınız tәәccüblü dәrәcәdә
hissiyyatlı vә hәrәkәtlidir. Amma hәr halda, az da olsa, pislәşmә
olub. Ona görә dә müalicә uzun çәkәcәk vә... sizi aldatmaq
istәmirәm, әziyyәtli olacaq. Bәzәn göz yaşlarını belә tuta
bilmәyәcәksiniz. Hәtta sizdә hәkimlәrә qarşı nifrәt oyana bilәr.
Belәdә, hәmişәlik yataq xәstәsi olaraq qala bilәrsiniz. Əgәr
bәxtiniz sizә yar olsa, bağları çәkib uzatmaq üçün bir dәfә, bәlkә
dә, dörd dәfә әmәliyyat olunacaqsınız. Bu cür әmәliyyatlar hәlә
tәzә-tәzә aparılmağa başlayır. Onlardan bәzilәri uğurlu olur,
bәzilәri isә nәticәsiz qalır. Amma, hәr halda, Allahın kömәkliyi
ilә, mәncә, siz yeriyә bilәcәksiniz. Çәtin ki, ayaq xizәyi ilә
sürüşә vә maneә üzәrindәn atlana bilәsiniz, amma qaçmaq vә
üzmәk problem olmayacaq.
– Sağ olun, – Conni dedi. Birdәn-birә lәhcәylә danışan,
әcaib saç düzümü olan bu adama qarşı içindә bir sevgi oyandı.
Conninin ürәyindәn Veyzaka yaxşılıq elәmәk keçdi. Bununla da
daxilәn әlini Veyzaka toxundurmaq zәrurәti hiss etdi.
Conni qәfildәn әlini uzadıb Veyzakın әlindәn tutdu. Hәkimin
ovcu böyük, qırış-qırış vә isti idi.
– Nәdir, – Veyzak yumşaq sәslә soruşdu, – nә olub?
79