Page 74 - Stiven Kinq
P. 74
ven Kinq
onların dediklәrinә. Hәtta mәni dә inandırmışdılar. Bunu xatırlamağa
belә xәcalәt çәkirәm, amma bu, hәqiqәtdir. Sәndәn yeganә
xahişim budur ki, mәni... vә Saranı anlamağa çalışasan.
Conni hәr şeyi başa düşdüyünü demәk istәdi, amma sinә-
sindәn söz әvәzinә zәif xırıltılı inilti çıxdı. O, birdәn-birә әldәn-
ayaqdan düşmüş qocaya çevrildi, özünü elә hiss etdi ki, sanki
geri qaytarılması mümkün olmayan bir şey itirib. İtirilmiş vaxt
onu dәyirman daşı kimi әzirdi – o, bu ağırlığı, hәtta cismәn hiss
edirdi.
– Conni, kefini pozma, gör әtrafda nә qәdәr gözәl şeylәr
var.
– Hәlә buna... öyrәşmәliyәm, – o, güclә dedi.
– Hә. Bilirәm.
– Sәn onu görürsәn?
– Hәrdәnbir yazışırıq. Biz qәzadan sonra tanış olmuşduq.
O, yaxşı qızdır, doğrudan da, yaxşı qızdır. Hәlә dә Klivsdә
müәllim işlәyir, amma bildiyimә görә iyunda bu işdәn çıxmaq
istәyir. O, xoşbәxtdir, Con.
– Çox yaxşı, – Con birtәhәr dillәndi, – heç olmasa, kiminsә
xoşbәxt olması mәni sevindirir.
– Oğlum...
– Ümid edirәm ki, siz burada gizlin söhbәtlәr aparmırsınız, –
palataya daxil olan Vera Smit şәn sәslә dedi. O, әlindә tәrlәmiş
bardaq tutmuşdu. – Onlar dedilәr ki, sәnә hәlә meyvә şirәsi
vermәk tezdir. Conni, sәnә zәncәfil pivәsi gәtirmişәm.
– Əla, anacan.
Vera baxışlarını gah Herbertin, gah da Conninin üzündә
gәzdirirdi.
– Burada nә barәdә xısınlaşırdınız?
– Sadәcә Conniyә deyirdim ki, әgәr buradan tezliklә çıxmaq
istәyirsә, öz üzәrindә çalışmalıdır, – Herbert dedi, – yaxşıca
müalicә olunmalıdır.
– Bu barәdә danışmağa ehtiyac yoxdur – o, pivәni stәkana
süzdü, – onsuz da indәn belә hәr şey yaxşı olacaq. Baxarsan.
O, stәkana çubuq salıb onu Conniyә uzatdı.
– Hamısını iç, – gülümsünәrәk dedi, – sәnә xeyri dәyәr.
Conni pivәnin hamısını içdi, pivә acı dadırdı.
74