Page 69 - Stiven Kinq
P. 69
Ölü zona

– Vera, mәn heç kәsә sәnin dәli olduğunu demәmişәm.
– Bunu sәnin gözlәrin deyirdi! – Vera qışqırdı. – Amma
mәnim Tanrım rüsvay olmadı. Mәgәr rüsvay oldu, Herbert?
Mәgәr oldu?
– Yox, – Herbert dedi, – әlbәttә, yox.
– Mәn sәnә deyirdim. Sәnә deyirdim ki, Tanrı mәnim Con-
nimә yol açıb. İndi özün dә görürsәn ki, onun iradәsi yerinә yetir.
Mәn onun yanına gedib hәr şeyi ona danışmalıyam, – o, paltosunun
asıldığı asılqana doğru getdi, görünür, әynindә yalnız xalat vә
gecә köynәyi olduğunu unutmuşdu. Üzünün ifadәsindәn vәcdә
gәldiyi hiss olunurdu. Herbert onun toy günündәki görünüşünü
xatırladı: o, qәribә vә iblisanә görünürdü. O, öz çәhrayı çәkәlәklәri
ilә qarğıdalı dәnәlәrini әzib xalçaya yapışdırırdı.
– Vera.
– Ona bunun Allahın hökmü olduğunu demәliyәm. Vera üzü-
nü ona çevirdi, onun gözlәri artıq buradan çox-çox uzaqlarda –
Conninin yanındaydı.
Herbert yaxınlaşıb әlini arvadının çiyninә qoydu.
– Ona deyәrsәn ki, onu sevirsәn... dua elәdiyini deyәrsәn...
gözlәdiyini... Sәn anasan, buna sәndәn daha çox haqqı olan
yoxdur. Son beş ildә sәnin nә çәkdiyini mәgәr mәn görmürdüm?
Sәn düz demirsәn, onun yenә bizimlә olacağından mәyus deyilәm,
belә danışma. Əlbәttә, mәn çәtin ki, sәnin kimi düşünә bilim,
amma heç dә tәәssüf elәmirәm. Mәn dә sәninlә birgә әzab
çәkirdim.
– Əzab çәkirdin? – Onun gözlәri qәddarlıq, qürur vә
inamsızlıq ifadә edirdi.
– Hә. Sәnә bir şey dә demәk istәyirәm, Vera. Xahiş edirәm,
hәlә ki, Conni tamamilә özünә gәlib ayağa durmayıb, Tanrı,
möcüzәlәr, әlamәtlәr barәdә mülahizәlәrini bir tәrәfә qoy...
– Nә danışacağımı mәn özüm bilәrәm.
– Demәk istәyirәm ki, öz ideyalarını onun başından aşağı
tökmәzdәn öncә, imkan vermәlisәn ki, özünә gәlsin.
– Sәnin mәnimlә bu tәrzdә danışmağa haqqın yoxdur!
Haqqın yoxdur!

69
   64   65   66   67   68   69   70   71   72   73   74