Page 65 - Stiven Kinq
P. 65
Ölü zona

Qәlәmә nәzәr yetirәrkәn Connini hәmin tanış dәhşәt hissi
bürüdü vә o, qәfildәn qeyri-ixtiyari olaraq doktor Braunun әlindәn
tutdu. Conninin qolu güclә sözünә baxırdı, sanki dirsәyinә
altıfutluq çәki daşı asılmışdı. O, öz zәif barmaqlarıyla hәkimin
әlindәn tutub onu özünә sarı çәkdi. Hәkimin әlindәki qәribә
qәlәm, kağızın üzәrindә dәrin vә qalın bir iz buraxdı.

Braun maraqla Conniyә baxdı vә birdәn-birә rәngi ağappaq
oldu. Gözlәrindәki hәdsiz maraq yox oldu, әvәzindә qorxu onun
gözlәrini dumanlandırdı. Hәkim әlini çәkmәyә müvәffәq oldu –
Conninin onun әlini tutub saxlamağa gücü yox idi. Hәkimin
üzündә ikrah dolu bir ifadә yarandı, sanki әllәrini cüzamlı xәstәyә
toxundurmuşdu.

Sonra bu hiss keçib getdi, yalnız tәәccüb vә çaşqınlıq qaldı.
– Niyә belә elәdiniz, mister Smit?
Onun sәsi titrәdi. Conninin donuq sifәtinin ifadәsi anlaşıq-
lıydı. Hәkimә baxan gözlәrin sahibi dumanlı, sayrışan kölgәlәrin
arxasında nәsә çox qorxulu, tәsvir olunmayacaq vә dilә gәtiril-
mәyәcәk dәrәcәdә dәhşәtli bir şey görmüş adama oxşayırdı. Tәs-
vir edilmәsә dә, o vardı. Vә izah olunmalı idi.
– Əlli beş ay? – Con xırıltılı sәslә soruşdu, – az qala beş il?
Aman Allah! Ola bilmәz.
– Mister Smit, – Braun özünü itirәrәk dillәndi, – xahiş edirәm,
sizә hәyәcanlanmaq olmaz...
Conni azacıq dikәldi vә gücsüz halda yenidәn yatağa düşdü.
Üzündә tәr damcıları parıldayırdı. Baxışlarından onun özündә
olmadığı görünürdü.
– Mәnim iyirmi yeddi yaşım var? – o donquldandı, – iyirmi
yeddi. Aman tanrım.
Braun güc-bәlayla udqundu. Smit onun әlini öz әlinә alanda,
o, özünü tamamilә itirmişdi; bir vaxtlar uşaqlıqda yaşadığı güclü
hisslәri yenidәn yaşamalı oldu. Yadına uşaqlığından iyrәnc bir
sәhnә düşdü. Onda onun yeddi-sәkkiz yaşı olardı, ailәsiylә şәhәr kәnarına
dincәlmәyә getmişdi. Burada oturub әlini isti vә sürüşkәn bir
şeyin içinә soxdu. Diqqәtlә baxıb gördü ki, bu, isti avqust ayı
boyunca dәfnә yarpağı altında ölmüş marmotun qurd basmış
cәsәdidir. O, onda dәhşәtә gәlәrәk qışqırmışdı, elә indinin özündә
dә qışqırmağa hazır idi, amma hәmin qәfil hiss elә qәfildәn dә

65
   60   61   62   63   64   65   66   67   68   69   70