Page 63 - Stiven Kinq
P. 63
Ölü zona

bütün qalan hissәlәri isә hәlә dә yatırdı. Ona birdәn-birә elә gәldi
ki, qıza deyil, düz onun içәrisinә baxır.

– Düşünürәm ki, oğlunuzun işlәri qaydasına düşәcәk, –
Conni dedi, – hәkimlәr buynuz qişasını tәmizlәdikdәn sonra
gözlәr hәminki kimi olacaq. Hәminki kimi olmalıdır...

Tәәccübdәn Marinin gözlәri bәrәldi, Braun sual dolu
baxışlarını onun üzünә zillәdi:

– O nә haqqında danışır?
– Mәnim oğlum haqqında, – qız pıçıldadı, – Mark haqqında.
– Yox, – Braun dedi, – o, yuxusunda danışır, vәssalam.
Qarışqadan fil düzәltmәyin.
– Hә? Yaxşı. Amma, axı o, indi yatmır, elәdirmi?
– Mari, – Conni dillәndi. O gülümsәmәyә çalışırdı. –
Deyәsәn, yenә mürgülәdim?..
– Hә, – Braun dedi, – siz yuxuda danışırdınız. Marini ora-
bura qaçmağa mәcbur elәmisiniz. Siz yuxuda nәsә görürdünüz?
– Y-yox... yadımda deyil. Mәn nә danışırdım? Siz kimsiniz?
– Adım doktor Ceyms Braundur. Zәnci müğәnninin adına
oxşayır. Amma mәn nevropatoloqam. Siz dediniz: “Hәkimlәr
buynuz qişasını tәmizlәdikdәn sonra gözlәr hәminki kimi olacaq”.
Deyәsәn, belә dedi, elә deyilmi, bacı?
– Mәnim oğlumun gözündә belә bir әmәliyyat aparmaq
istәyirlәr, – Mari dedi, – mәnim Markımın gözündә.
– Heç nә xatırlamıram, – Conni dedi, – yәqin, yatırmışam. –
O, Brauna baxdı. Durulmuş gözlәrindә qorxu ifadә olunurdu. –
Qolumu qaldıra bilmirәm, mәn iflic olmuşam?
– Yox. Barmaqlarınızı tәrpәtmәyә çalışın.
Conni barmaqlarını oynatmağa çalışdı, onlar tәrpәnirdilәr.
O gülümsәdi.
– Çox gözәl, – Braun dedi, – adınızı deyin.
– Con Smit.
– Bәs ikinci adınız nәdir?
– Mәnim ikinci adım yoxdur.
– Lap yaxşı, ikinci ad kimә lazımdır? Bacı, növbәtçi hissәyә
düşün, öyrәnin görün sabah nevroloji şöbәdә hansı hәkimin

63
   58   59   60   61   62   63   64   65   66   67   68