Page 61 - Stiven Kinq
P. 61
Ölü zona

– Bu da mәn, – Conni heç kәsә müraciәt etmәdәn, xırıltılı
sәslә dedi. Öz sәsinin bu qәdәr zәif çıxması onu heyrәtә gәtirdi.
Palatada tәqvim qoyulmamışdı vә o, düz dörd il yarım bundan
әvvәl yuxuya getdiyini bilә bilmәzdi.

Üstündәn qırx dәqiqә keçmiş tibb bacısı gәldi. Qocaya
yaxınlaşıb onun damcısalanını dәyişdi, sonra tualetә gedib, oradan
plastik bardaqla qayıtdı vә qocanın yanındakı güllәri sulamağa
başladı. Qocanın çarpayısının yanında altı әdәd çiçәkdәn buket
vә görünәn yerlәrә – stolun üstünә, pәncәrәnin önünә, üstündә
tezliklә sağalmaq dilәklәri yazılmış açıqçalar qoyulmuşdu. Conni
tibb bacısının qocaya necә qulluq etmәsini müşahidә edirdi,
amma daha danışmaq istәyi yox idi.

Tibb bacısı bardağı aparıb öz yerinә qoydu vә qayıdıb
Conninin yanına gәldi. “Balışı çevirmәk istәyir”, – Conni düşündü.
Bir anlığa onların baxışları toqquşdu, amma tibb bacısının üzündә
heç bir dәyişiklik olmadı. “O, mәnim oyandığımı bilmir. Mәnim
gözlәrim әvvәllәr dә açıq olub. Onun üçün bu, heç nә demәk
deyil”.

Tibb bacısı әlini onun boynunun ardına saldı. Onun әllәri
sәrin vә yumşaqdı. Əllәri öz bәdәnindә hiss elәyәn Conni o
dәqiqә bildi ki, tibb bacısının üç uşağı var vә onlardan әn
kiçiyinin bir gözü bir il öncә, Müstәqillik günündә, demәk olar
ki, tutulub. Atәşfәşanlıq zamanı onlara bәdbәxt hadisә üz verib.
Oğlanın adı Markdır.

Tibb bacısı Conninin başını qaldırdı, balışı o biri üzünә
çevirib, yerinә qoydu. O, artıq çevrilib getmәk istәyirdi ki, birdәn
çaşqın halda dayandı – xәstәnin üzündә әvvәllәr görmәdiyi yeni
bir ifadә yaranmışdı. Tibb bacısının fikirli baxışları onun üzünә
dikildi, sonra yenә dә çevrilib getmәk istәyәrkәn Conni dedi:

– Xoş gördük, Mari.
O, yerindә donub-qaldı, qәfildәn dişlәri bir-birinә dәyib
şaqqıldadı. Əlini boğazından bir az aşağıda sinәsinә sıxdı. Burada,
onun sinәsindә kiçik qızıl xaç asılmışdı.
– Aman tanrım, – o dedi, – siz yatmırsınız. Deyirәm axı, bu
gün bir az başqa cür görünürsünüz. Bәs adımı haradan bilirsiniz?
– Deyәsәn, haradasa eşitmişәm. – Conni güc-bәlayla danışırdı.
Qupquru qurumuş dili zorla dönürdü. Qız başını yellәdi:
– Siz neçә vaxtdır ki, ayılmırdınız. Düşüb növbәtçi hissәdәn
doktor Braunu vә ya doktor Veyzakı çağırsam yaxşıdır. Sizin

61
   56   57   58   59   60   61   62   63   64   65   66