Page 60 - Stiven Kinq
P. 60
ven Kinq

şeyi xatırladı. Yadındadır, ayağı zәrblә sayğaca dәyib onu
kronşteyndәn qopardığı halda, o, heç bir ağrı hiss etmirdi. Bütün
bunlardan sonra isә soyuq nәmişlik, qara keçid vә indiki әcaib
hissiyyatı gәlirdi.

“Seç, – daxilindәn gәlәn sәs deyirdi. – Seç, yoxsa onlar
sәnin әvәzinә seçәcәklәr, hәkimlәr uşağı anasının bәtnindәn kәsib
götürdüklәri kimi, sәni dә bu namәlum yerdәn qoparacaqlar”.

Sonra ona Saranın sifәti yaxınlaşdı – Sara haradasa yaxın-
daydı, amma onun üzü Conninin üzәrinә әyilәn digәr üzlәr kimi
işıq saçmırdı. Qorxmuş, ödünü udmuş qız, yәqin, buralarda
dolaşır. Sara indi, demәk olar ki, ona mәxsus idi. O, bunu hiss
edirdi. O, Saraya evlәnmәyi tәklif etmәyә hazırlaşırdı.

Onu hәmişәkindәn daha güclü bir narahatlıq hissi sardı.
İndi bu hiss Sarayla bağlı idi. Amma Saraya sahib olmaq hissi
daha güclü olduğundan o, nәhayәt, qәti qәrara gәldi. O, arxasını
qaranlığa çevirdi vә sonra çevrilib baxdıqda qaranlıq artıq yox
olmuşdu. Stulun olduğu yerdә onun yatdığı otağın şümal ağ
divarlarından başqa heç nә gözә dәymirdi. Tezliklә o, harada
olduğunu anladı – әlbәttә, bura xәstәxana palatası idi. Qara
keçid, demәk olar ki, yaddaşından silinmişdi. İndi onun üçün
daha әhәmiyyәtli olan başqa şey idi: o, Con Smitdir, onun Sara
Breknell adlı sevgilisi var, o, dәhşәtli avtomobil qәzasına düşüb.
Bir halda ki, sağ qalıb, demәli, bәxti gәtirib, amma şikәst qalmasa
yaxşıdır. Yәqin, onu Klivs-Mills şәhәr xәstәxanasına gәtiriblәr,
lap dәqiq desәk, bura “İst-Men medikal sentr”dir. O, hiss edirdi
ki, çoxdan bura gәtirilib – bәlkә dә, bir hәftәdir vә ya on gündür
ki, huşsuz qalıb. Hәyata dönmәk vaxtıdır.

Hәyata dönmәk vaxtıdır. Öz şüurunda hәr şeyi yerbәyer
elәyib gözlәrini açdıqdan sonra, Conni mәhz bu barәdә düşünürdü.

1975-ci ilin 17 may günü idi. Onun palata yoldaşı mister
Starreti, gündәlik iki mil yol yerimәsi vә bәdәnindә xolesterinin
miqdarını aşağı salmaq üçün öz yemәyinә fikir vermәsi şәrtiylә,
artıq xәstәxanadan buraxmışdılar. Palatanın digәr küncündә ağır-
çәkili dünya çempionu – xәrçәnglә on beş raund әrzindә ağır
mübarizә aparmış bir qoca yatırdı. O, morfinin tәsiri altında
dәrin yuxuya getmişdi. Palatada başqa heç kәs yox idi. Saat
3.15-i göstәrirdi. Televizorun ekranı yaşıla çalan işıq saçırdı.

60
   55   56   57   58   59   60   61   62   63   64   65