Page 59 - Stiven Kinq
P. 59
Ölü zona

Conni hәrdәn gözlәrini açırdı (vә ya ona belә gәlirdi),
nәhayәt, o, bu sәslәrin sahiblәrini gördü – üzlәri görünmәyәn bu
işıqlı, kölgәyә bәnzәyәn varlıqlar bәzәn otaqda gәzişir, onun
üzәrinә әyilirdilәr. Əvvәl-әvvәl onun heç ağlına da gәlmәdi ki,
onlarla danışa bilәr. O düşünürdü ki, bunlar, ola bilsin, başqa bir
dünyanın canlılarıdır, mәlәklәrdir.

Bir müddәtdәn sonra onların sifәtlәri dә sәslәri kimi aydın-
laşmağa başladı. Bir dәfә o, üzәrinә әyilmiş anasını gördü – anası
yavaşcadan, ancaq hiddәtlә nә isә deyirdi. Bir başqa vaxt atası
peyda oldu. Sonra mәktәb yoldaşı Deyv Pelsen. Tanış tibb bacısı, –
deyәsәn, onun adı Meri, ya da Mari idi. Sifәtlәr, sәslәr – getdikcә
yaxınlaşır vә bir bütöv şәklә düşürdülәr.

Onda daha bir hissiyyat yarandı: o dәyişmişdi. Bu hiss Con-
ninin xoşuna gәlmirdi. Conni bu hissә etibar elәmirdi. O, hesab
edirdi ki, hәr hansı dәyişiklik yaxşı heç nә vәd elәmir. Bu hiss
yalnız qәm-kәdәr vә pis zamanların xәbәrçisidir. Conni bu
qaranlığa düşәrkәn hәr şeyi vardı, indi isә, qaranlıqdan çıxarkәn
hiss edirdi ki, heç nәsiz qalıb. Əvәzindә onda sirli, namәlum bir
hiss yaranmışdı, vәssalam.

Yuxudan ayılırdı. Artıq onun yatdığı otaq reallığa çevrilmişdi,
onu öz gözlәriylә görә bilirdi. Sәslәr, sifәtlәr...

O, otağa girmәyә hazırlaşırdı. Birdәn ona elә gәldi ki, yalnız
bir şeyin arzusundadır – çevrilib qaçmaq vә hәmişәlik bu dar
keçiddә gizlәnmәk. Orada da onu yaxşı heç nә gözlәmirdi, ancaq
hәr halda, otağa daxil olub, yeni kәdәr-qәm vә yeni-yeni itkilәr
vәd edәn dünyaya qapılmaqdansa, buranı әbәdilik tәrk etmәk
daha yaxşıdır.

O çevrilib arxaya baxdı – elәdir ki var: stullardan birinin
arxasında, otağın divarlarının tünd-xrom rәnginә çaldığı yerdә,
otağa girib-çıxan işıqlı fiqurların fәrqindә olmadığı bir keçid açı-
lırdı, bu keçid, onun qәnaәtinә görә, әbәdiyyәtә aparırdı. Hәmin
başqa sәs... sәs, mәhz orada yox oldu.

Taksi sürücüsünün sәsi.
Hә, o, hәr şeyi birdәn-birә xatırladı. Taksidә getmәsini,
uzun saç saxladığına vә Niksonu donuz adlandırdığına görә
oğlunu yamanlayan sürücünü, sonra ayırıcı xәttin hәr iki tәrәfi
ilә onların üstünә gәlәn iki cüt maşın fәnәrini, toqquşmanı – hәr

59
   54   55   56   57   58   59   60   61   62   63   64