Page 57 - Stiven Kinq
P. 57
Ölü zona

cәhalәtdәn ayılandan sonra onu haqq yoluna qaytarmaqdan
ibarәtdir. Belәliklә, Herbert onu qarşıladı, oxşayıb-әzizlәdi vә
onların hәyatı yenidәn öz axarında davam etmәyә başladı. Conni
isә artıq iki il idi ki, komatoz vәziyyәtdә idi.

Bu, yuxu idi – ani olaraq belә fikirlәşdi.
O, hansısa qaranlıq, sәrt bir yerdә – namәlum bir keçiddәydi.
Keçidin tavanı o qәdәr hündür idi ki, onu görmәk olmurdu, –
haradasa yuxarıda zülmәtә qovuşurdu. Divarları tünd, xromlanmış
poladdandı. Onlar yuxarı qalxdıqca genişlәnirdi. O, tәk-tәnhaydı,
haradansa uzaqdan sәs gәlirdi. O, bu sәsi tanıyırdı, haradasa...
haçansa bu sözlәri eşitmişdi. Sәs onu qorxudurdu. O inildәyir,
çırpınırdı. Sәslәr, uşaqlığında gördüyü quş kimi, xromlanmış
polad divarlara çırpılaraq әks-sәda yaradırdı. Uşaqlığında gördüyü
quş atasının öz alәtlәrini saxladığı tikiliyә girmişdi vә oradan
necә çıxacağını bilmirdi. Quş tәşviş içәrisindә, hәyәcanlı vә
çılğın sәslәr çıxararaq, ölüncәyә qәdәr divarlara çırpıldı. İndi
onun qulağına gәlәn sәsdә dә hәmin çıxılmazlıq hiss olunurdu.
Ona buradan qurtulmaq müyәssәr olmayacaq...
– Ömür boyu planlar qurursan, hәr şeyin yaxşı olmasını
istәyirsәn, – xәyali sәs inildәyirdi, – sәn hәr şeyin yaxşı olmasını
istәyirsәn, amma saçlarını ardına kimi uzatmış oğlan evә gәlir vә
bәyan edir ki, Birlәşmiş Ştatların prezidenti donuzdur. Donuz!
Bu zibilә nә deyәsәn, mәn...
“Ehtiyatlı ol!” – Conni demәk istәyirdi. O, sәsi xәbәrdar
elәmәk istәyirdi. Amma danışa bilmirdi. Nәyә görә “ehtiyatlı
ol”– bunu bilmirdi. O hәtta kim olduğunu belә unutmuşdu.
Sadәcә dumanlı şәkildә xatırlayırdı ki, haçansa ya müәllim, ya
da xәtib olub.
– Aman Allah! – o uzaq sәs qışqırırdı. Mәhkum olunmuş,
yazıq, miskin bir sәs idi.
İiiiiiii...
Bunun ardınca isә sükut gәlir. Uzaqlarda әks-sәda getdikcә
ölәziyir. Sәs haçansa yenidәn danışmağa başlayacaq.
Budur, bu “haçansa” gәlib yetişdi. Nә qәdәr gözlәdiyini özü
dә bilmirdi, çünki burada zamanın әhәmiyyәti vә mәnası yox idi.
O, çağırışlara sәs verәrәk (bәlkә dә, yalnız xәyalәn) әlhavasına

57
   52   53   54   55   56   57   58   59   60   61   62