Page 53 - Stiven Kinq
P. 53
Ölü zona

yox idi, baxmayaraq ki, ayağının zәrblә sayğaca dәydiyini vә
onu kronşteyndәn qopardığını xatırlayırdı.

Sınıb tökülәn şüşәlәrin cingiltisi eşidildi. Gecәnin qaranlığında
böyük alov dillәri göründü. Conni başıyla maşının qabaq şüşәsini
sındırmışdı. Gözlәrinә qaranlıq çökdü vә әtrafda hәr şey zülmәtә
qәrq oldu. O, çiyinlәrindә vә qollarında anlaşılmaz, küt bir ağrı
hiss edirdi. Başının ardınca bәdәni dә şüşәdә açılmış dәlikdәn
bayıra uçurdu. O uçurdu; oktyabrın zülmәt gecәsinә doğru.

Başında fikirlәr dolaşırdı: “Mәn ölürәm? Doğrudanmı bu
sondur?”

Daxilindәn gәlәn sәs cavab verirdi: “yәqin ki, hә.”
O uçurdu. Alәm qarışmışdı. Qaranlığa sәpәlәnmiş oktyabr
ulduzları. Partlayan benzinin gurultusu. Çәhrayı rәng. Sonra isә
zülmәt. Onun uçuşu küt zәrbәylә vә guppultuyla tamamlandı. O,
Karson bataqlığında, “Çarcer”lә taksinin birgә göyә alov püskür-
düyü yerdәn iyirmi beş fut aralıda gözünü açdı vә bәdәnindә
nәm soyuqluq hiss elәdi.
Qaranlıq.
Şüuru onu tәrk edirdi.
Nәhayәt, gözlәri önündәn hәr şey çәkildi, yalnız qaranlıqda
fırlanan nәhәng qırmızı-qara bir çarx qaldı, bu çarxın әtrafında
ulduzlar dövrә vururdu: “bәxtinizi sınayın, әliniz indi gәtirmәsә
dә, sonra gәtirәr, ey-ey-ey”. Qırmızı-qara çarx yuxarı-aşağı
hәrәkәt elәyirdi, ox sancaqlara dәyәrәk çıqqıldayırdı, o isә oxun,
ikiqat zeronun – sahibin, yalnız sahibin udduğunu bildirәn rәqәmin
üstündә dayanıb-dayanmayacağını fәhm etmәyә çalışırdı. Ancaq
birdәn çarx da yox oldu. Yalnız zülmәt vә hәr şeyi öz ağuşuna
alan boşluq qaldı... huşsuzluq.
Conni Smit uzun müddәt belәcә huşsuz qaldı.
1971-ci il qurtardı. Nyu-Hempşir sahillәrindәki zәnci
çaxnaşmaları sona çatdı vә bank hesabları artdıqca yerli sahibkarların
donqultuları da kәsildi. Heç kәsin tanımadığı Corc Makqovern
adlı birisi, özünü gülünc vәziyyәtә salaraq, tәlәm-tәlәsik prezi-
dentliyә öz namizәdliyini irәli sürdü. Siyasәtdәn az-çox başı çı-
xan hәr kәs bilirdi ki, 1972-ci ildә demokratların namizәdi Ed-
mund Maski olacaq, bәzilәri isә, hәtta hesab edirdi ki, San-

53
   48   49   50   51   52   53   54   55   56   57   58