Page 51 - Stiven Kinq
P. 51
Ölü zona

Zәng edirlәr, sonra isә fikirlәşirlәr ki, cәhәnnәm olsun, mәn hәlә
bir-iki qurtum da pivә içmәk istәyirәm. Bәzәn dә, maşın gәlib çı-
xana kimi bütün pullarını içkiyә verirlәr, “Taksini kim çağırmışdı?” –
soruşanda isә susurlar.

– Elәdir, – Conni dedi. Sol tәrәfdә tutqun, yağlı Penobskot
çayı axırdı. Xәstәlәnmiş Sara vә onun mәhәbbәt etirafı da bu
yandan çıxdı. Bunu, bәlkә dә, qızın xәstәliyinin әlamәti kimi
qәbul etmәk olardı, amma, ilahi, bәs bu, hәqiqәt olsa, onda necә?
O, elә ilk görüşdәcә Saraya vurulmuşdu. Bax, әsl uğur bu idi,
onun çarxda uduşu yox. Ancaq o, xәyalәn dönә-dönә çarx
barәsindә düşünürdü. Bu, ona rahatlıq vermirdi. Hәtta qaranlıqda
belә o, çarxın necә fırlandığını görür, qarışıq yuxularda olduğu
kimi, yavaşıyaraq sancağa ilişәn oxun çıqqıltısını eşidirdi. Havayı
pullar bәdbәxtlik gәtirir.

Sürücü taksini 6 nömrәli avtostradaya yönәltdi, indi o,
qızışaraq, öz-özünә danışırdı:

– Odur ki, deyirәm: “Bir daha belә şeylәr eşitmәk istәmirәm”.
Belә şeylәrә görә heç öz oğluma da güzәşt etmәrәm. Mәn iyirmi
ildir ki, taksi sürürәm. Mәni altı dәfә qarәt ediblәr. Maşını neçә
dәfә toqquşdurmuşam, sayı-hesabı yoxdur, amma, bakirә Mariya,
müqәddәs Xristofor, hakimi-mütlәq ata sağ olsunlar, bir dәfә dә
olsun, böyük qәzaya düşmәmişәm. Mәn hәr hәftә, әn uğursuz
hәftәlәrdә belә, onun kolleci üçün beş dollar ayırırdım. Onda
hәlә ağzından süd iyi gәlirdi. Bütün bunlar mәnim nәyimә gәrәk
idi? Günlәrin bir günü onun evә gәlib Birlәşmiş Ştatların
prezidentini donuz adlandırması üçünmü?! Parazit! Yәqin, mәni
dә donuz hesab elәyir, amma bilir ki, belә söz desә, o dәqiqә
onun dişlәrini qarnına tökәrәm. Bu da sizә müasir gәnclik...
Odur ki, deyirәm: “Belә şeylәri bir daha eşitmәk istәmirәm”.

– Hә, – Conni dedi.
İndi seyrәk meşәliyin yanından keçirdilәr. Sol tәrәfdә Karson
bataqlığı yerlәşirdi. Bu bataqlıq Klivs-Millsdәn tәxminәn yeddi
mil aralıdaydı. Sayğac hesaba on sent dә әlavә elәdi.
“Bir nazik monet, dolların onda biri, ey-ey-ey.”
– Nә işlә mәşğul olursunuz – soruşmaq olarmı?
– Klivsdә müәllim işlәyirәm.

51
   46   47   48   49   50   51   52   53   54   55   56