Page 47 - Stiven Kinq
P. 47
Ölü zona

– Oh... yaxşı, – o dikәlәrәk bәrk-bәrk kürkünә büründü.
– Özünü necә hiss edirsәn?
– Bir az yaxşıyam. Mәdәm göynәyir, belim dә ağrıyır,
amma keçib gedәr. Conni, Klivsә maşınla get.
– Lazım deyil, – o dedi, – maşını sәhәr-sәhәr evin qabağında
görәn olar. Bizә artıq söz-söhbәt lazım deyil.
– Axı mәn sәninlә getmәk istәyirdim...
Conni gülümsәdi.
– Bax, onda riskә getmәyә dәyәrdi, üç mәhәllәni piyada
keçmәli olsam belә. Bir dә ki, maşın әlinin altında olsa yaxşıdır,
xәstәxanaya getmәk barәdә fikrini dәyişsәn, lazım olar.
– Fikrimi dәyişmәyәcәyәm.
– Hәr halda, belә yaxşıdır. Sәnin mәnzilindәn taksi çağıra
bilәrәm?
– Əlbәttә.
Onlar mәnzilә daxil oldular. Sara işığı yandırdı vә elә o
dәqiqә dә titrәtmәsi yenidәn tutdu.
– Telefon qonaq otağındadır. Mәn gedib yatağa uzanacağam.
Qonaq otağı kiçik idi, burada heç bir dәbdәbә gözә dәymirdi;
onu kazarmadan yalnız üstündә hәr cür formada vә çalarda güllәr
çәkilmiş әlvan pәrdәlәr vә divara vurulmuş bir neçә plakat –
Dilan Forest-Hillsdә, Baez Karnegi-hollda, Cefferson eyrpleyn
Berklidә, Berds Klivlenddә – fәrqlәndirirdi.
Sara taxta uzanıb üstünü isti yun şalla örtdü. Conni ona
narahatlıqla baxırdı. Saranın sifәti kağız kimi ağappaq olmuşdu,
yalnız gözlәrinin altında qara lәkәlәr vardı. O, doğrudan da, çox
xәstә görünürdü.
– Bәlkә, gecәni burada qalım? – Conni dedi. – Birdәn halın
pislәşәr...
– Mәsәlәn, boyun fәqәrәmdә tük nazikliyindә çat әmәlә
gәlәr? – O, kәdәrli tәbәssümlә Conniyә baxdı.
– Nә bilim... hәr şey ola bilәr.
Qarnındakı dәhşәtli ağrı hәr şeyi alt-üst elәdi. O, bu gecәni
Conni Smitin yatağında keçirmәk istәyirdi. Bundan bir şey
çıxmadı. İndi isә bircә o çatmırdı ki, o, ürәyi bulanarkәn tualetә,
“Pepto-Besmol” içmәyә qaçanda Conninin yardımından istifadә
elәsin.

47
   42   43   44   45   46   47   48   49   50   51   52