Page 54 - Stiven Kinq
P. 54
ven Kinq

Klementli trollu1 vurub aşırtmaq vә kürәyini yerә vurmaq çox da
böyük zәhmәt tәlәb elәmir.

İyunun әvvәllәrindә, mәktәblilәrin tәtilә buraxılmasından
bir az qabaq, Sara növbәti dәfә tanış tәlәbә-hüquqşünasa rast
gәldi. Sara, Deyin tәsәrrüfat malları satılan mağazasından toster
alırdı, o isә valideynlәrinin toyunun yubileyi üçün hәdiyyә axta-
rırdı. O, Saranı kinoya dәvәt elәdi – şәhәrdә Klint İstvudun işti-
rakı ilә “Yaramaz Harri” filmi nümayiş etdirilirdi. Uolter Hezlit
saqqal buraxmışdı vә artıq o qәdәr dә Conniyә oxşamırdı. Sözün
düzü, o, artıq Conninin sir-sifәtini, demәk olar ki, unutmuşdu.
Sara yalnız yuxularında onu açıq-aydın görә bilirdi: Conni Uğur
çarxının yanında dayanaraq, sanki sözsüz-söhbәtsiz onun iradәsinә
tabe olan çarxın hәrәkәtini izlәyirdi, bu zaman Conninin gözlәri
qeyri-adi, adamı qorxuya salan tutqun-bәnövşәyi rәng alırdı.

Uoltla o, tez-tez görüşmәyә başladı. Onunla asan dil tapırdı.
O, heç nәdә inad etmirdi, belә hallar olanda isә bunu elә yumşaq
edirdi ki, heç bir narahatlıq yaratmırdı. Oktyabrda o, Saraya
kiçik brilyant qaşlı üzük almaq istәdiyini bildirdi. Sara düşünmәk
üçün iki hәftә vaxt istәdi. Şәnbә günü o, “İst-Men-medikal
sentr”ә yollandı, qeydiyyat şöbәsindә qırmızı haşiyәli xüsusi
buraxılış vәrәqi alıb, intensiv terapiya bölmәsinә keçdi. O,
Conninin çarpayısının başında bir saata yaxın oturdu. Pәncәrәnin
o üzündә payız külәyi vıyıldayır, sanki sazaq, qar vә ölüm barәdә
xәbәrdarlıq edirdi. Yarmarkaya getmәlәrinin, çarxda oynamalarının
vә maşınların baş-başa toqquşmasının üstündәn bir ilә yaxın
vaxt keçmişdi. On altı gündәn sonra düz bir il olacaqdı.

O, oturub külәyin vıyıltısını dinlәyir vә Conniyә baxırdı.
Onun sarıqlarını açmışdılar. Alnında, sağ qaşının bir düym yarım
yuxarısında әyilәrәk saçının altına gedәn böyük bir çapıq var idi.
Çapığın әtrafındakı saçları, sәksәn yeddinci polis bölmәsinin de-
tektivi Kotton Hausunku kimi çallaşmışdı. Sara onda elә bir
dәyişiklik görmürdü, sadәcә bәrk arıqlamışdı. Elә bil indi onun
qarşısında yad bir gәnc uzanmışdı.

1troll – Skandinav әsatirindә div, cin, qulyabani

54
   49   50   51   52   53   54   55   56   57   58   59