Page 56 - Stiven Kinq
P. 56
ven Kinq
Amerika cәmiyyәti adlandırırlar. Onlara Viskonsin ştatının Rasin
şәhәrciyindәn olan mister vә missis Stonkerslәr rәhbәrlik edir.
Stonkerslәr iddia edirlәr, istirahәtdә olarkәn onları uçan boşqab
әsir götürüb. Stonkerslәri kosmosa aparıblar, ancaq Orion bürcünә
deyil, Yerә oxşayan, Arkturun dövrәsindә fırlanan hansısa bir
planetә. Orada onlar mәlәklәrin içәrisinә düşüblәr vә cәnnәti
görüblәr. Stonkerslәrә deyiblәr ki, dünyanın sonu yaxınlaşır.
Onlara telepat qabiliyyәti verib, azsaylı inanclı adamları toplayaraq
kosmosa hazırlamaq üçün Yerә göndәriblәr. Belәliklә, on nәfәr
adam bir yerә toplaşıb, Sent-Consberinin şimalında bir ferma
alıblar vә artıq yeddi hәftәdir ki, orada oturub kosmosdan onların
arxasınca gәlәcәk boşqabı gözlәyirlәr.
– Axı bu ona oxşayır ki... – Sara danışmağa başladı vә tez
dә ağzını yumdu.
– Bunun nәyә oxşadığını bilirәm, – Herbert dedi, – bu, dәli-
liyә oxşayır. O ferma onlara doqquz min dollara başa gәlib.
Orada isә uçuq-sökük fermer evindәn vә heç nәyә yaramayan iki
akr torpaqdan başqa heç nә yoxdur. Vera düz yeddi yüz dollarından
keçdi – onun olan-qalan pulu bu qәdәr idi. Onu bu işdәn
çәkindirmәk mümkün olmadı... Bunun üçün onu yalnız tәcrid
elәmәk lazımdır. – O susdu, sonra gülümsündü. – Sizin toyunuzda
belә şeylәrdәn danışmaq düzgün deyil, Sara. Sәndә hәr şey yaxşı
olmalıdır. Bilirәm ki, yaxşı olacaq.
Sara da gülümsәmәyә çalışdı:
– Sağ olun, Herbert. Bәs siz... Necә düşünürsünüz, o...
– O qayıdacaq? Hә, әlbәttә. Qışa qәdәr dünyanın axırı yetiş-
mәsә, düşünürәm ki, qayıdacaq.
– Yaxşı, sizә sәmimi-qәlbdәn xoşbәxtlik arzulayıram, – Sara
dedi vә onu qucaqladı.
Vermontdakı fermada odun-ocaq yox idi, oktyabrın sonunda
boşqab gәlib çıxmadı vә Vera evә döndü. Evdә isә dedi ki, uçan
boşqab hәlә insanların onunla görüşә hazır olmadıqlarına görә
gәlmәyib – insanlar hәlә bütün vacib olmayan vә günah işlәrdәn
azad ola bilmәyiblәr. Buna baxmayaraq, onun kefi kök idi, özünü
yaxşı hiss edirdi. Yuxuda ona demişdilәr ki, ola bilsin, o, heç
uçan boşqabda cәnnәtә getmәli olmayacaq. Vera get-gedә daha
çox inanırdı ki, onun bu dünyada vәzifәsi oğluna gün ağlamaq,
56