Page 62 - Stiven Kinq
P. 62
ven Kinq
oyandığınızı görüb sevinәcәklәr... – Ancaq tibb bacısı bir qәdәr
dә ayaq saxladı vә Conniyә elә maraqla baxdı ki, o, özünü
birtәhәr hiss elәdi.
– Nәdir, alnımda üçüncü göz әmәlә gәlib? – o soruşdu.
Qız әsәbiliklә güldü:
– Yox... әlbәttә, yox. Bağışlayın.
Conninin baxışları yaxındakı pәncәrәyә vә onun önünә
qoyulmuş balaca stola yönәldi. Pәncәrәnin önünә bir dәstә
bәnövşә vә hәzrәti-İsanın tәsviri qoyulmuşdu – onun anası bu
cür tәsvirlәri çox xoşlayırdı, burada İsa elә tәsvir olunurdu ki,
guya o, “Nyu-York yankilәri” komandasının tәrkibindә oynamağa
vә ya hansısa yüngül atletika yarışmasında iştirak etmәyә hazırlaşır.
Amma şәkil... saralmışdı. Saralmışdı vә kәnarları qatlanmışdı.
Qәfildәn bütün vücudunu boğucu qorxu sardı, elә bil başına
yorğan salmışdılar.
– Bacı, – o çağırdı. – Bacı!
Tibb bacısı qapının önündә arxaya çevrildi.
– Bәs mәnim üçün şәfa dilәyәn olmayıb? – qәfildәn güclә
nәfәs almağa başladı. – Gör qonşumun nә qәdәr... yәni mәnә heç
açıqça göndәrәn olmayıb?
Qız gülümsündü, amma bu gülümsәmә kifayәt qәdәr süni
alındı; nәyisә gizlәtmәyә çalışan adamlarda olduğu kimi. Birdәn-
birә Conni qızın onun yatağına yaxınlaşmasını istәdi. Belәdә o,
әlini qıza toxundura bilәrdi. Əlini ona toxundursaydı, onun
gizlәdiyi şeylәrdәn xәbәrdar olardı.
– Mәn hәkim çağırmağa gedirәm, – tibb bacısı tez dillәndi
vә o, hәlә bir şey demәyә macal tapmamış otaqlan çıxdı. O
qorxmuş vә karıxmış halda yenә dә bәnövşә dәstәsinә vә hәzrәti-
İsanın tәsvirinә baxdı. Sonra tezliklә yenidәn yuxuya getdi.
– O yatmırdı, – Mari Mişo dedi, – özü dә әmәlli-başlı
danışırdı.
– Yaxşı, – doktor Braun cavab verdi, – mәn sizә inanıram.
Bir dәfә oyandısa, yenә dә oyanacaq. Oyanmalıdır. Bu...
Conni inildәdi. Gözlәrini açdı. Onun gözlәri axırdı, heç
nәyi sezmirdi. Nәhayәt, deyәsәn, Marini gördü, baxışlarını onun
üzündә cәmlәmәyә çalışdı. Yüngülcә gülümsündü. Amma üzü
ölü üzünә bәnzәyirdi, elә bil yalnız gözlәri oyanmışdı, bәdәninin
62