Page 66 - Stiven Kinq
P. 66
ven Kinq

yox oldu vә onu suallar әvәzlәdi: o, bunu hardan bildi? Mәnә
toxunan kimi bundan xәbәr tutdu.

Amma iyirmi illik elmi fәaliyyәti özünü büruzә verirdi vә
Braun tezliklә bu fikirlәri bir tәrәfә qoydu. Uzun müddәt yatmış
komatoz xәstәlәrin oyandıqdan sonra әtrafda baş verәnlәr haqqında
çox şeylәrdәn xәbәrdar olması halları mövcuddur. Bu, koma
zamanı, bir çox başqa şeylәr kimi, xәstәliyin dәrәcәsindәn asılıdır.
Conni Smit ölümә mәhkum olunmuş pasient sayılmırdı, onun
elektroensefaloqramması heç vaxt adamı ümidsiz edәn düz xәtt
göstәrmәmişdi, әks halda, indi Braun onunla söhbәt elәyә bilmәzdi.
Bәzәn komatoz xәstәlәrin xarici görünüşü aldadıcı olur. Kәnardan
adama elә gәlir ki, tamamilә hissiyyatsızdırlar, amma onların
hiss orqanları öz fәaliyyәtlәrini zәif vә lәng rejimdә davam
etdirir.

Əlbәttә, bu, mәhz belә hallardandır.
Mari Mişo qayıdıb gәldi.
– Nevroloji şöbә ilә danışdım, doktor Veyzak artıq yoldadır.
– Deyәsәn, Sem, mister Smitlә görüşünü sabaha qәdәr tәxirә
salmalı olacaq, – Braun dedi. – Mәn ona beş milliqram valium
vermәk istәyirәm.
– Mәnә sakitlәşdirici lazım deyil, – Conni dedi, – mәn bura-
dan çıxmaq istәyirәm. Mәn nә baş verdiyini bilmәk istәyirәm!
– Hәr şeyin öz vaxtı var, – Braun dedi. – İndi isә dincәlmәyiniz
mәslәhәtdir.
– Mәn artıq dörd il yarımdır ki, dincәlirәm.
– Demәk ki, әlavә on iki saat da dincәlsәniz, heç nә olmaz, –
Braun qәti şәkildә bәyan etdi.
Bir neçә saniyәdәn sonra tibb bacısı onun qoluna spirt
sürtәrәk, iynә vurdu. Connini o dәqiqә yuxu tutdu. Braunla tibb
bacısı onun gözündә beş metr uzunluğunda görünmәyә başladı.
– Heç olmasa, mәnә bir şeyi deyin, – Conni dedi. Onun sәsi
sanki çox-çox uzaqlardan gәlirdi. Birdәn ağlına gәldi ki, o, bunu
mütlәq bilmәlidir. – Sizin qәlәminiz... o necә adlanır?
– Bu? – Braun mavi plastmas korpusu vә lifli ucluğu olan
qәlәmi başgicәllәndirici yüksәklikdәn aşağı endirdi. – Bu, flomaster
adlanır. İndi isә yatın, mister Smit.

66
   61   62   63   64   65   66   67   68   69   70   71