Page 73 - Stiven Kinq
P. 73
Ölü zona

– Başa düşmürәm, ana, mәgәr bunun möcüzә olduğuna
şübhә edәn var? Biz hәlә bu barәdә doyunca danışacağıq. Qoy
bir sağalım.

– Sәn öz evinә dönәcәksәn, – Vera dedi, – böyüyüb yekәldiyin
evә. Mәn sәni ayağa qaldıracağam vә biz birgә, hamının bu
nemәtә tapınması üçün dua edәcәyik.

O, anasının üzünә baxaraq, bu dәfә güc-bәla ilә gülümsәdi:
– Əlbәttә. Ana, növbәtçi tibb bacısının yanına gedә bilәrsәn?
Maridәn xahiş elә, qoy mәnә meyvә şirәsi gәtirsin. Ya da zәncәfilli
pivә. Deyәsәn, danışmağı yadırğamışam, boğazım quruyub...
– Əlbәttә, gedәrәm, – Vera onun üzündәn öpüb ayağa durdu. – İla-
hi, sәn necә dә arıqlamısan. Evdә sәnin әtә-qana dolmağına
özüm fikir verәcәyәm. – O, sonda Herbertә qalibanә nәzәr salıb
otaqdan çıxdı. Dәhlizdәn onun ayaqqabılarının uzaqlaşan sәsi
eşidildi.
– O, çoxdanmı belәdir?
Herbert başını yellәdi:
– Sәn qәzaya düşәndәn sonra onun vәziyyәti get-gedә
pislәşdi. Amma hәr şey daha öncәdәn başlamışdı. Sәn bunu
bilirsәn. Özün bilirsәn.
– O...
– Mәncә, yox. Cәnubda adamlar var ki, ilanları әhlilәşdirmәklә
mәşğul olurlar. Bax mәn onları dәli adlandırardım. Vera hәlә bu
hәddә gәlib çıxmayıb. Özündәn danış, Conni, sәn, doğrudanmı...
– Bilmirәm, – Conni dedi, – ata, bәs Sara hanı?
Herbert bir qәdәr qabağa әyilib әllәrini dizlәri arasında
sıxdı.
– Bu barәdә danışmaq istәmәzdim, Con, amma...
– O, evlidir? Ərә gedib?
Herbert susurdu. O, Conniyә tәrәf baxmadan başını yellәdi.
– Aman tanrım, – Conni boğuq sәslә dedi, – mәn dә elә
bundan qorxurdum.
– Artıq üç ildir ki, o, missis Uolter Hezlit adlanır. Əri
hüquqşünasdır. Bir oğulları var. Con... axı sәnin oyanacağına heç
kәs inanmırdı. Əlbәttә ki, sәnin anandan savayı. Sәnin oyanacağına
ümid etmәk üçün heç kimin әlindә әsas yox idi, – onun sәsi
günahkarcasına titrәdi, – hәkimlәr deyirdilәr ki... әşi, tüpürüm

73
   68   69   70   71   72   73   74   75   76   77   78