Page 78 - Stiven Kinq
P. 78
ven Kinq

– Valideynlәrimdәn soruşmamısınız?
– Onlar belә bir şey xatırlamırlar... Bәs siz?
Bir anlığa onun gözlәri önündә bәzi şeylәr canlanmağa
başladı – qara, qatı, sanki rezin iyi verәn tüstü. Soyuq. Sonra bu
xәyal çәkilib getdi. Conni inkar işarәsiylә başını buladı. Veyzak
köks ötürәrәk çiyinlәrini çәkdi.
– Deyәsәn, yoruldunuz.
– Hә, bir az.
Braun kiçik masanın kәnarına әylәşdi.
– Saat on ikiyә on beş dәqiqә qalır. Bu gün üçün yaxşı
çalışdınız. İstәyirsinizsә, doktor Veyzakla mәn sizin suallarınızı
cavablandırarıq, sonra sizi palataya qaldırarlar vә siz yatıb
dincәlәrsiniz. Yaxşı?
– Yaxşı, – Conni dedi, – beynimin şәkillәri...
– KOT, – Veyzak başını yırğaladı, – kompüterlәşmiş ox
tomoqrafiyası. – O, “Çiklets” saqqız qutusunu götürüb, oradan
ağzına üç saqqız saldı, – KOT, әslindә beynin silsilә rentgen
şәkillәridir, Conni. Kompüter şәkillәri tәhlil edir vә...
– Bu şәkillәrdәn nә mәlum olur? Ömrümün sonuna nә qә-
dәr qalıb?
– Boş-boş danışma – “ömrümün sonuna nә qәdәr qalıb”
deyә Braun söylәndi, – köhnә filmlәrdә danışılanları xatırladır.
– Eşitdiyimә görә, uzunmüddәtli komadan çıxmış adamlar
çox yaşamırlar, – Conni dedi, – yenidәn gözlәrini yummalı
olurlar. Elektrik lampası kimi, sıradan çıxmazdan öncә daha
parlaq yanır vә sönürlәr.
Veyzak bәrkdәn qәhqәhә çәkdi. Onun gurultulu gülüşü,
sanki ürәyinin lap dәrinliklәrindәn gәlirdi. Hәlә yaxşı ki, ağzındakı
saqqızdan boğulmadı.
– O-oo, necә dә melodramatik sәhnәdir! – O, әlini Conninin
sinәsinә qoydu, – siz elә bilirsiniz, Cimmiylә mәn bu sahәdә heç
nә bilmirik? Elә deyil, dostum. Biz nevroloquq. Siz amerikalıların
qızıla bәrabәr tutduğunuz hәkimlәrik. Odur ki, deyirәm: bәli,
belә hallar olub. Amma sizinlә belә bir şey olmayacaq. Bizim
sәhv etmәdiyimizi düşünürәm, hә, Cim?
– Hә, – Braun dedi, – Conni, biz heç bir ciddi pozuntu aş-
karlamadıq. Texasda bir oğlan düz doqquz il komada qalmışdı.

78
   73   74   75   76   77   78   79   80   81   82   83