Page 83 - Stiven Kinq
P. 83
Ölü zona
haqqında xatirәlәr oyadır. Bәs oğlan kimdir? Qadın oğlanı
görmәyi arzulayır, bu, onun başında şiddәtli ağrılar oyadır, adam
isә can verir, Hellmut Borens ölür. Qadın öz uşaqlarıyla birgә
Kaliforniya ştatında, Karmeldә yaşayır. Evin nömrәsi... lövhәni
görmürәm, o, qayıq kimi, çәmәnlikdәki piknik masası vә Varşava
kimi ölü zonadadır. Uşaqlar bir-birinin ardınca gedirlәr, qadın
mәktәbdәki buraxılış gecәlәrindә iştirak edir, omba sümüyü isә
ağrıyır. Uşaqlarından biri Vyetnamda hәlak oldu, o birilәr sağ-
salamatdırlar, onlardan biri körpüsalandır, adı İohanna Borensdir.
Qadın gecәnin nәbz kimi vuran qaranlığında tәk-tәnha oturub
düşünür: “oğlan xilas olub”.)
Conni gözlәrini açıb onlara baxdı. Beynindә әcaib şeylәr
baş verirdi. Veyzakın çevrәsindәki halә yox olmuşdu. Conni
artıq özünә gәlmişdi, yalnız zәiflik vә ürәkbulanması hiss edirdi.
Gözünün ucuyla fotoya baxıb, onu sahibinә qaytardı.
– Conni, – Braun dedi, – özünüzü necә hiss edirsiniz?
– Yorğunam, – Conni yorğun-arğın cavab verdi.
– Sizinlә nә baş verdiyini izah edә bilәrsiniz?
Conni Veyzaka baxdı.
– Ananız yaşayır, – o dedi.
– Yox, Conni, o, çoxdan dünyasını dәyişib. Müharibә illә-
rindә.
– Onu alman hәrbi yük maşını vurub, saat mağazasının
içәrisinә salmışdı. – Conni dedi. – O, gözünü xәstәxanada açdı,
amma heç nә xatırlamırdı. Onun heç bir sәnәdi, heç şәxsiyyәt
vәsiqәsi dә yox idi. Özünә İohanna adı götürüb. Soyadını ayırd
elәyә bilmәdim. Müharibәdәn sonra o, İsveçrәyә köçdü vә
isveçrәli... deyәsәn, mühәndisә әrә gedib. Əri ixtisasca körpüsalan
imiş, adı Hellmut Borensmiş. Onun әrlik soyadı İohanna Borensmiş,
elә indi dә belәdir.
Tibb bacısının gözlәri tәәccübdәn get-gedә daha da geniş
açılırdı. Doktor Braunun üzünün ifadәsi sәrtlәşdi – deyәsәn, o,
Conninin onların hamısını әlә saldığını güman edirdi, bәlkә dә,
dәqiq düşünülmüş tәcrübә proqramının pozulması onun xoşuna
gәlmәmişdi. Veyzak hәrәkәtsiz vә fikirli oturmuşdu.
83