Page 87 - Stiven Kinq
P. 87
Ölü zona

Sonra isә, ötәn ilin avqustunda Niksonun özü dә istefa verdi vә
onun yerini Ford tutdu. Ford vitse-prezident vәzifәsinә Nelson
Rokfelleri tәyin etdi. Bax, belә-belә işlәr oldu.

– O, arvadından boşanıb, – Vera hirslә dedi, – Allah onu
prezident olmağa qoymaz.

– Bәs Nikson neylәmişdi? – Conni soruşdu. – Aman tanrım... –
o dәqiqә qaşqabağını sallayan anasının üzünә baxdı, – iş impiçmentә
qәdәr böyüyübsә, aydın mәsәlәdir...

– Şәrәfsiz siyasәtbazlar dәstәsindәn danışarkәn Tanrının
adını boş yerә çәkmә, – Vera dedi, – hәr şeyin kökündә Uoterqeyt
dayanır.

– Uoterqeyt? Bu nәdir, Vyetnamda aparılmış әmәliyyat? Ya-
xud buna bәnzәr bir şey?

– Vaşinqtondakı “Uoterqeyt” hoteli, – Herbert dedi, – kubalı
hansısa immiqrantlar demokratlar partiyasının orada yerlәşәn
mәnzil-qәrargahına soxulub, oranı әlә keçirmişdilәr. Niksonun
bu işdәn xәbәri olub vә onu ört-basdır elәmәyә çalışıb.

– Zarafat elәyirsәn? – Conni güc-bәla ilә soruşdu.
– Maqnitofon yazıları var, – Vera dedi, – bu Con Din dә bir
tәrәfdәn... batan gәmidәn dabanına tüpürüb qaçan siçovul. Adi
әhvalatdır.
– Ata, sәn bu deyilәnlәri izah elәyә bilәrsәn?
– Çalışaram, – Herbert dedi, – amma bu mәsәlәnin sonacan
çözüldüyünü düşünmürәm. Mәn sәnә kitablar gәtirәrәm. Artıq
Uoterqeyt haqqında milyonlarla kitab yazılıb vә işin nә yerdә
olduğu üzә çıxana kimi, güman ki, bir bu qәdәr dә yazılacaq.
Yaxşı, dinlә. 1972-ci il seçkilәrindәn öncә...
Ata-anası onun yanından gedәndә saat on birin yarısı idi.
Palatada gecә lampası yanırdı. Conninin yuxusu qaçmışdı.
Hәyәcanlı idi... aldığı mәlumatların çoxluğundan başı hәrlәnirdi.
Az bir vaxt әrzindә dünya Conninin tәxmin etdiyindәn dә çox
dәyişilmişdi. O, әsrdәn vә yeniliklәrdәn dala qalmışdı.
Atasının dediyinә görә, benzinin qiymәti, demәk olar ki,
yüz faiz qalxmışdı. O, qәzaya düşmәzdәn öncә benzinin bir
qallonu otuz-otuz iki sent idi. İndi benzin әlli dörd sentәdir vә
bununla belә, yenә dә benzindoldurma mәntәqәlәrindә növbәlәr

87
   82   83   84   85   86   87   88   89   90   91   92