Page 91 - Stiven Kinq
P. 91
Ölü zona

görә bilirsiniz. Öncәgörmә budurmu? Bunu bilmirәm. Siz anamın
fotosunu әlinizdә tutaraq, onun harada yaşadığını dediniz. Bәlkә
dә, siz itkin düşmüş insanların vә itirilmiş şeylәrin yerini dә
bilirsiniz. Bәlkә, siz insanların fikrini dә oxumağa qadirsiniz, nә
bilim, maddi dünyanın әşyalarına tәsir elәyә, elәcә dә әlinizi to-
xundurmaqla müalicә elәyә bilirsiniz. Bәzilәri bunu magiya
adlandırırlar. Bunların hamısı baxıcılıqla әlaqәli şeylәrdir. Doktor
Braun isә bütün bu kimi şeylәrә gülür. Gülürmü dedim, yox,
gülmür, lağa qoyur.

– Bәs siz necә?
– Mәn Edqar Keysi xatırlayıram. Bir dә Piter Qurkosu. Bir
dәfә doktor Brauna Qurkos haqqında danışmaq istәdim, ancaq o,
sadәcә güldü. O, bu barәdә nә danışmaq, nә dә bir şey bilmәk
istәyir.
Conni susurdu.
– Belәliklә, sizinlә neylәyәk?
– Mütlәq nәsә elәmәk lazımdır?
– Mәncә, hә, – Veyzak ayağa durdu, – mәn indi gedirәm, siz
isә düşünün. Bu barәdә düşünün: bu hәyatda bәzәn özünü
görmәzliyә vurmaq vә bir çox şeylәri itirmәk tapmaqdan daha
yaxşıdır.
O, Conniyә xeyirli gecәlәr arzulayıb, sakitcә otaqdan çıxdı.
Conni çox yorğun olsa da, uzun müddәt gözünә yuxu getmәdi.

Birinci cәrrahiyyә әmәliyyatından on gün sonra vә ikinci
әmәliyyata iki hәftә qalmış, Conni gözünü Vudvordun vә
Bernşteynin “Prezidentin bütün dәstәsi” kitabından ayırıb,
qәnşәrindә Saranı gördü. O, qapının ağzında durub, tәrәddüd
içindә ona baxırdı.

– Sara, – o dedi, – bu sәnsәn?
Sara dәrindәn ah çәkdi:
– Hә. Mәnәm, Conni.
Conni kitabı bir kәnara qoyub onu başdan-ayağa süzdü. O,
әyninә zövqlә tikilmiş açıq-yaşıl rәngli don geymişdi, әlindә isә
kiçicik kilidi olan, qalxan kimi tutduğu, çәhrayı rәngli balaca bir
çanta vardı. O, saç tellәrini boyayıb çallaşdırmışdı vә bu, ona
yaraşırdı. Qısqanclıq hissi Conninin ürәyini daladı, – görәsәn, bu
onun öz ideyasıdır, yoxsa yatıb-durduğu kişinin? Sara çox gözәl
görünürdü.

91
   86   87   88   89   90   91   92   93   94   95   96