Page 88 - Stiven Kinq
P. 88
ven Kinq
var. Bütün ölkә boyu sürәti saatda әlli beş mil hәddindә mәhdud-
laşdırmışdılar vә uzaq sәfәrlәrә çıxan sürücülәr, az qala üsyan
qaldıracaqmışlar.
Amma әsas mәsәlә bunda deyildi. Vyetnam arxada qalmışdı.
Müharibә bitmişdi. Nәticәdә ölkә kommunistlәrin әlinә keçmişdi.
Herbert danışırdı ki, hәr şey Connidә hәyat әlamәtlәri görsәnәn
vaxtlar baş vermişdi.
Birlәşmiş Ştatların prezidenti qırmızı Çinә sәfәr etmişdi.
Ford yox, Nikson. O, oraya istefaya çıxmamışdan әvvәl getmişdi.
Nikson ha, işә bax, köhnә cadugәr ovçusu. Bunları atası
danışmasaydı, Conni ömründә buna inanmazdı.
Adamı qorxuya salan xәbәrlәr hәddәn çox idi. Daha heç nә
eşitmәk, bilmәk istәmirdi, yoxsa dәli olmaq olardı. Elә doktor
Braunun qәlәmini – flomasteri götürәk, gör nә qәdәr yeni şeylәr
çıxıb. Yüzlәrlә xırda-para şeylәr hәr dәfә ona xatırladırdı: sәn öz
hәyatının bir hissәsindәn, statistikaya inansaq, tәxminәn altı
faizindәn mәhrum olmusan. Sәn zamandan geridә qalmısan. Sәn
gecikmisәn.
– Con, – kimsә yumşaq sәslә çağırdı.– Yatırsınız, Con?
O çevrildi. Qapının ağzında balacaboy, büzüşmüş insan
silueti göründü; bu, Veyzak idi.
– Yox, yatmıram.
– Belә dә bilirdim. Gәlmәk olar?
– Hә, buyurun.
Veyzak bu gün yaşından böyük görünürdü. O, Conun
çarpayısının yanında oturdu.
– Mәn zәng elәdim, – o dedi, – Kaliforniyada Karmelin
mәlumat bürosundan missis İohanna Borens barәsindә soruşdum.
Sizcә, onun telefonu tapıldı, ya yox?
– Yalnız iki halda tapılmaya bilәrdi – onun telefonu qeydә
alınmayıbsa vә ya sadәcә olaraq telefonu yoxdursa...
– Onun telefonu var. Mәnә onun nömrәsini verdilәr.
– Aydındır, – Conni dedi. Veyzak onun xoşuna gәlirdi. Con-
ni onu maraqla dinlәyirdi, bundan artığına hәvәsi yox idi. O,
İohanna Borensin yaşadığına şübhә etmirdi, qadın haqqındakı
mәlumatların doğruluğuna inanırdı, buna özünün solaxay olma-
dığına әmin olduğu qәdәr әmindi.
88