Page 77 - Stiven Kinq
P. 77
Ölü zona

Bunun öhdәsindәn asanlıqla gәldi.
On doqquzuncu dәfәdә – o, bu dәfә üstündә yol işarәsi
lövhәsi olan dirәyin yanına qoyulmuş avarlı qayıq tәsәvvür etmәli
idi (belә mәnasız şeyi kim uydurub? – Conni düşündü) – yenә dә
bir şey alınmadı. Conni karıxıb qalmışdı. O, qәbirdaşının yanında
böyük bir top tәsәvvür etdi. Bir qәdәr dә çalışıb tәsәvvürünә
yolayrıcı gәtirdi. Bundan artığına gücü çatmadı. Veyzak onu
sakitlәşdirdi vә bir neçә saniyәdәn sonra elektrik ötürücülәrini
onun başından vә göz qapaqlarından çıxartdılar.
– Bu әşyaları niyә tәsәvvür edә bilmәdim? – Gah Veyzaka,
gah da Brauna baxan Conni soruşdu. – Niyә belә oldu?
– Bu suala birmәnalı cavab vermәk çәtindir, – Braun cavab
verdi, – çox güman ki, amneziya ilә bağlıdır. Bәlkә dә, qәza
nәticәsindә beynin hansısa kiçik, mikroskopik bir hissәsi zәdәlәnib.
Doğrudur, biz bunun niyә belә olduğunu bilmirik, amma
yaddaşınızda pozğunluqların yaranması yәqindir. Bunlardan
ikisini aşkarladıq, yәqin ki, yenilәri dә aşkar edilәcәk.
– Siz uşaqlıqda başınızdan zәdә almısınız, elәdir? – Veyzak
qırıq-qırıq sәslә Condan soruşdu. Con fikirli-fikirli onun üzünә
baxdı.
– Başındakı çapığın yeri qalır, – Veyzak dedi, – bir nәzәriyyә
var, Conni, statistik tәdqiqatlar da onu sübut elәyir...
– Vә bu tәdqiqatlar hәlә tamamlanmayıb, – Braun demәk
olar ki, rәsmi tonda dedi.
– Hә, doğrudur. Bu nәzәriyyәyә görә, әgәr insan әvvәllәr
kәllә-beyin travması almışsa... onun beyni birinci travmadan
sonra sanki vәziyyәtә uyğunlaşır vә ikinci travmanı yüngül
keçirmәyә kömәk elәyir.
– Bu, hәlә sübuta yetirilmәyib, – Braun dedi. Deyәsәn, o,
Veyzakın bu barәdә söhbәt açmasını istәmirdi.
– Belәliklә, çapığın yeri qalıb, – Veyzak dedi. – Conni, siz
bunun nә vaxt baş verdiyini xatırlaya bilәrsinizmi? Yәqin ki, siz
onda huşunuzu da itirmisiniz. Pillәkәndәn yıxılmışdınız? Yoxsa
velosipeddәn? Çapığa baxanda mәlum olur ki, bu hadisә uşaqlıqda
baş verib.
Conni xatırlamağa çalışdı, ancaq bundan bir şey çıxmadı vә
başını yellәdi.

77
   72   73   74   75   76   77   78   79   80   81   82