Page 102 - Stiven Kinq
P. 102
ven Kinq

– Digәr hallar barәdә dә danışarsınız?
– Yox, ehtiyac yoxdur.
Daha bir reportyor әlini qaldırdı vә Conni başıyla ona işarә
verdi.
– Mister Smit, bәdbәxt hadisәdәn vә sonrakı komadan әvvәl
dә sizdә bu cür qabiliyyәt müşahidә olunurdumu?
Conni tәrәddüdlә susdu. Televiziya projektorlarının işığı,
tropik günәşi kimi düz sifәtinә tuşlanmışdı.
– Yox, – o, cavab verdi.
Suallar yenidәn dolu kimi tökülmәyә başlayınca Conni
yazıq-yazıq Veyzakın üzünә baxdı.
– Bәsdir, bәsdir! – Veyzak bağırdı. Hay-küy yatandan sonra
Conniyә nәzәr saldı. – Yoruldunuzmu, Conni?
– Daha iki suala cavab verәcәyәm, – Conni dedi. – Sonra
isә... doğrudan da... mәnimçün çәtin gün oldu... deyilmi, madam?
O, әliylә iki cavan reportyorun arasından irәli soxulmağa
çalışan gonbul qadını göstәrdi.
– Mister Smit, – qadın ucadan, sanki borudan gәlәn gurultulu
sәslә soruşdu, – gәlәn il demokratların prezidentliyә namizәdi
kim olacaq?
– Bunu deyә bilmәyәcәyәm, – bu sual Connini, doğrudan
da, tәәccüblәndirdi. – Mәn nә bilim?
Əllәr yenә dә yuxarı qovzandı. Conni qara kostyum geymiş,
içki içmәyәn adam tәsiri bağışlayan ucaboylu kişiyә işarә etdi.
Onun sifәtindә nәsә bir süni ciddilik vә hiylә vardı.
– Mister Smit, mәn Rocer Düssoyam, Lyüistonun “San”
qәzetindәn. Bilmәk istәrdim, bu qabiliyyәt nә üçün mәhz sizdә
yaranıb?.. Əgәr, doğrudan da, yaranıbsa. Niyә mәhz sizdә, mister
Smit?
Conni boğazını arıtladı.
– Əgәr sizi düzgün anladımsa... siz mәndәn mәnim özümün
dә başa düşmәdiyim bir şeyi әsaslandırmağımı istәyirsiniz. Mәn
bunu edә bilmәrәm.
– Əsaslandırmayın, mister Smit, izah edin. Onlar elә bilir
ki, mәn onları axmaq yerinә qoyuram. Ya da axmaq yerinә
qoymağa çalışıram.
Veyzak Conniyә yaxınlaşdı.

102
   97   98   99   100   101   102   103   104   105   106   107