Page 106 - Stiven Kinq
P. 106
ven Kinq

– Al, Terri, Lisbon-striti qırmızı işıqda keçsәn vә ya hansısa
bir oğlanla gәzmәyә çıxsan, lazımın olar... Unutma, Terri...
yaddan çıxarma...

Gәlәn il demokratların kimi prezidentliyә namizәd verәcәk-
lәrini soruşan gonbul qadın qorxub içini çәkdi. Telereportyorlardan
biri xırıltılı sәslә pıçıldadı: “Aman Tanrım!”

– Bәsdir, – Düsso fısıldadı. Onun sifәti bozarmış, gözlәri
geniş açılmışdı, alt dodağı isә seliklәnmişdi. O, taqәtsiz halda
әlini medala doğru uzatdı. Medalın qızıl zәnciri isә indi Conninin
barmağına dolanmışdı, o yellәnәrәk әtrafa hipnotik işıq şüaları
saçırdı.

– Mәni unutma, Terri, – oğlan sәsi yalvarırdı, – vә... toxunma,
xahiş edirәm... Allahı sevәrsәn, Terri, toxunma...

– Bәsdir! Yetәr, it oğlu!
Conni yenidәn öz sәsiylә danışmağa başladı:
– O, narkotiksiz yaşaya bilmirdi. Sonra tәmiz spirtә keçdi
vә iyirmi yeddi yaşında ürәyi partlayıb öldü. Amma o, sizin
hәdiyyәnizi düz on il özüylә gәzdirdi, Roc. O, sizi xatırlayırdı.
Heç vaxt unutmamışdı. Heç vaxt unutmamışdı... heç vaxt... heç
vaxt... heç vaxt...
Medal Conninin barmağından sürüşüb, nazik, cingiltili sәslә
döşәmәyә düşdü. Conni sakit, soyuq nәzәrlәrlә boşluğa baxırdı.
Düsso boğuq sәslә inildәyәrәk onun ayaqları altında sürünür,
yerә düşmüş medalı axtarırdı. Ətrafda hәr kәs mat-mәәttәl donub-
qalmışdı.
Fotoaparatın işığı parıldadı, Conninin üzü bir anlığa işıq-
landı vә öz әvvәlki halına düşdü. Onun üzündә dәhşәt, sonra isә
mәrhәmәt ifadәsi yarandı. O, yöndәmsizcә Düssonun yanında
çömәldi.
– Bağışlayın, – o dedi, – bağışlayın, mәn istәmirdim ki...
– Alçaq, bicin birisi! – Düsso çığırdı, – bu, yalandır! Yalan-
dır! Hamısı yalandır! – O, Conninin boynunun ardından naqolay
bir zәrbә endirdi vә Conni yıxılaraq, başı zәrblә döşәmәyә dәydi.
Onun gözlәrindәn qığılcım çıxdı.
Hay-küy qopdu.
Gözlәri dumanlanmış Conni, Düssonu gördü – o, cidd-
cәhdlә özünә yol açaraq çıxışa doğru gedirdi. Conninin başı

106
   101   102   103   104   105   106   107   108   109   110   111