Page 110 - Stiven Kinq
P. 110
ven Kinq

tibb bacısının üzündә gәzdirmәyә başladı. – Bax, istedad buna
deyәrlәr! Hamıya qismәt olsun.

– Onun vәziyyәti necәdir?
– Atam bunu bilmir. – Conni yalın ayaqlarını döşәmәyә qoy-
du. O, xәstәxana xalatındaydı.
– Siz nә etdiyinizin fәrqindәsiniz?
– Nә olub ki?
Conni ayağa durdu vә bir anlığa ona elә gәldi ki, indi Sem
onu geri, çarpayıya oturdacaq. Amma o, yalnız Conninin yavaş-
yavaş qarderoba sarı getdiyini izlәyirdi.
– Özünüzü gülünc vәziyyәtә qoymayın, Con. Hәlәlik sizә
olmaz.
Tibb bacısından utanıb-çәkinmәdәn – kim bilir, o, Conninin
çılpaq dalını neçә dәfә görmüşdü, – xalatı әynindәn çıxardı.
Onun dizlәrindәn başlayan yoğun, burma-burma tikişlәr baldırlarının
yuxarı, arıqlamış hissәsinәcәn uzanırdı. O, şkafda eşәlәnib,
mәtbuat konfransında geydiyi ağ köynәyi vә cins şalvarı çıxardı.
– Conni, mәn qәti qadağan edirәm. Sizin hәkiminiz vә dos-
tunuz kimi. Deyirәm sizә, bu, ağılsızlıqdır.
– Kefiniz istәyәn qәdәr qadağan edә bilәrsiniz, amma mәn
gedirәm, – Conni dedi. O geyinmәyә başladı. Onun üzündә
Semin “trans” adlandırdığı hәmin uzaq qayğı ifadәsi hәkk
olunmuşdu. Tibb bacısı ah çәkdi.
– Bacı, siz öz yerinizә qayıda bilәrsiniz, – Sem dedi.
Tibb bacısı daldalı gedәrәk, bir anlığa qapının önündә
dayandı vә otağı könülsüz tәrk etdi.
– Conni, – Sem ayağa durub ona yaxınlaşdı vә әlini onun
çiyninә qoydu, – bu işdә sizlik bir şey yoxdur.
Conni onun әlini çiynindәn götürdü.
– Necә yәni mәnlik bir iş yoxdur, o, mәnә baxarkәn insult
olub. – O, köynәyini düymәlәmәyә başladı.
– Siz ondan dәrmanlarını qәbul etmәyi xahiş etmişdiniz, o
isә bunu elәmirdi.
Conni bir anlığa Veyzaka nәzәr yetirib, köynәyini düymәlәmәyә
davam etdi.
– Bu gün olmasa da, sabah, birisi gün, bir ay sonra bu, baş
verәcәkdi...

110
   105   106   107   108   109   110   111   112   113   114   115