Page 108 - Stiven Kinq
P. 108
ven Kinq

– Siz düşündüyünüz kimi deyil, – Conni dedi, ya da demәyә
çalışdı. O, sonralar hәmin an cınqırını çıxardığına belә әmin
deyildi.

– Mәnә toxunmayın, Conni, yaxşı?
Reportyor öz aparatını yığışdıran operatorun yanına çәkildi.
Conni donuq nәzәrlәrlә operatora baxırdı. Onu titrәtmә tutmuşdu.
– Conni, bu, sizin vәziyyәtinizi yaxşılaşdıracaq, – Veyzak
dedi. Onun arxasında, dәrmanlar qoyulmuş ağır әl arabasının, bu
narkoman cәnnәtinin, şirin xәyallar dünyasının üzәrindә sehrli
hәrәkәtlәr edәn tibb bacısı – bәyaz ruh, sehrbazın әlaltısı
dayanmışdı.
– Yox, – Conni dedi. O, hәlә dә titrәdirdi, üstәlik, bәdәninә
soyuq tәr gәlmişdi, – mәnә iynә vurmayacaqsınız. İynәlәr mәni
boğaza yığıb.
– Onda hәb atın.
– Hәb-filan atmayacağam.
– Bu, sizә yatmağa kömәk edәr.
– Bәs Düsso necә? O uyuya bilәcәkmi?
– Onun özü günahkardır, – tibb bacısı deyindi vә Veyzakın
baxışlarını öz üzündә hiss edib diksindi. Veyzak isә sadәcә
gülümsәyirdi.
– O, düz deyir, – o dedi, – özü günahkardır. Ona elә gәlirdi
ki, siz, Conni, boş butulka satırsınız. Sizә yaxşıca yatıb dincәlmәk
lazımdır.
– Mәn özüm yataram.
– Conni, xahiş edirәm.
On ikiyә on beş dәqiqә işlәmişdi. Palatanın o biri küncündә
televizoru indicә söndürmüşdülәr. Conniylә Sem birlikdә, Fordun
bir sıra qanun layihәlәrinә veto qoyması haqqında süjetә baxdıqdan
sonra, burada lentә alınmış reportaja baxdılar. “Mәnim tarixçәm
daha maraqlıdır” – Conni acı-acı düşündü. Milli büdcә haqqında
bayağı şeylәr danışan dazbaş respublikaçı UABİ-nin operatorunun
bir neçә saat öncә burada çәkdiklәri ilә heç bir müqayisәyә
gәlmirdi. Bu reportajın sonunda medalı әlindә sıxmış Düsso
vestibüllә qaçmağa başladı, suda boğulan saman çöpündәn
yapışdığı kimi, reportyorun qolundan yapışdı vә özündәn getdi.

108
   103   104   105   106   107   108   109   110   111   112   113