Page 112 - Stiven Kinq
P. 112
ven Kinq

– Mәn boşanmışam, – Veyzak dedi, – hәkim evdә az-az ta-
pılır... әgәr o, pediatr vә ya dermotoloq deyilsә. Bizim yatağımız
mәnim arvadım üçün hәmişә yarıboş olub. Odur ki, o, yatağı
kiminlә gәldi, doldurmağa başlamışdı.

– Bağışlayın, – Conni pәrt oldu.
– Siz üzr istәmәyә çox vaxt sәrf edirsiniz, Conni, – Semin
üzündә yumşaq, baxışlarında isә sәrt bir ifadә vardı, – ayaqqabı-
larınızı geyinin.
“Xәstәxanadan-xәstәxanaya, kiçik mavi hәblәrin tәsiri altında,
sanki havada süzәn yarımürgülü” – Con fikirlәşdi, – o, bu hәblәri
Semlә birlikdә “Medikal sentr”dәn çıxıb, 1975-ci ildә istehsal
olunmuş “Eldorado”ya әylәşmәmişdәn öncә qәbul etmişdi.
Xәstәxanadan-xәstәxanaya, insandan-insana, bir yerdәn başqa
yerә.
Qәribәdir, o, qәlbinin dәrinliklәrindә bu sәfәrdәn hәzz alırdı –
beş ildә ilk dәfә idi ki, xәstәxananı tәrk edirdi. Aydınlıq bir
gecәydi, Süd Yolu işıqlı spiral kimi göy üzünü nurlandırırdı.
Onlar Palmayranı, Nyuportu, Pitsfildi, Bentonu, Klintonu ötüb,
cәnuba doğru gedirdilәr. Ay, qarağacların başı üzәrindәn onların
arxasınca üzürdü. Maqnitofonun dörd dinamikindәn Haydnın
sakit musiqisi eşidilirdi.
“Xәstәxanalardan birinә “Tәcili yardım” maşınında düşdüm,
ikincisinә isә “Kadillak”da gedirәm”, – o fikirlәşdi. Ancaq bu,
onu qayğılandırmırdı. Sadәcә yol getmәk, axına düşmәk vә bir
müddәt anası, yeni qabiliyyәti vә başqasının qәlbinә soxulmaq
istәyәnlәr (günah özündәdir... mәnә toxunmayın, yaxşı?) haqqında
unutmaq nә xoş olardı... Veyzak susur, hәrdәn dodaqaltı nәsә
mızıldanırdı.
Conni ulduzları seyr edir, bu gec saatlarda, demәk olar ki,
boşalmış yola baxırdı. Yol getdikcә uzanırdı. Onlar Veyzakın
bilet qәbzini aldığı yol polisi postunu ötdülәr. Vә yenidәn yola
düzәldilәr – qabaqda onları Qardner, Sabattis, Lyüiston gözlәyirdi.
Az qala beş il... Bәzәn qatillәr dә türmәdә bu qәdәr oturmurlar.
Onu yuxu tutdu vә yuxu görmәyә başladı.
– Conni, – yuxuda anası ona deyirdi, – Conni, mәnә kömәk
elә, mәni sağalt, – anası dilәnçisayağı cır-cındır geymişdi, daş

112
   107   108   109   110   111   112   113   114   115   116   117