Page 117 - Stiven Kinq
P. 117
Ölü zona

Bu sәsdәn – ilahi, özün kömәk ol! – Conninin tüklәri biz-biz
oldu. O, anasına yaxınlaşdı. Anasının sifәtinin sol tәrәfi dәhşәtli
maskaya çevrilmişdi. Əli yorğanın üstündә qısqaca bәnzәyirdi.
“İnsult! – Conni düşündü. – Qocalar bunu “zәrbә” adlandırırlar.
Hә, indi onun sifәti mәhz bu cürdür. Sanki ağır zәrbә dәyib”.

– Con, bu sәnsәn?
– Mәnәm, ana.
– Conni? Bu, doğrudan da, sәnsәn?
– Hә, ana.
O, bir az da yaxınlaşıb, özünü bu sümüyü çıxmış qısqacı
әlinә almağa mәcbur etdi.
– Mәnә öz canım lazımdır, – anası şikayәtlәnirmiş kimi dedi:
Tibb bacısı ürәyiyananlıqla ona baxdı, onun isә ürәyindәn
keçdi ki, tibb bacısının düz gözlüyündәn bir yumruq ilişdirsin.
– Bizi tәk buraxa bilәrsiniz? – o dedi.
– Mәn, bilirsiniz, çıxmamalıyam, hәlәlik...
– Qulaq asın, bu, mәnim anamdır vә mәn onunla tәk qalmaq
istәyirәm. – Conni dedi. – Başa düşürsünüz?
– Mәn...
– Mәnә şirә gәtir, atacan, – Conninin anası xırıltılı sәslә çı-
ğırdı. – Düz bir litr içәrәm.
– Siz gedәcәksiniz, ya yox? – Conni dözmәdi. İçini didәn
kәdәr diqqәtini cәmlәmәyә mane olurdu. Sanki su burulğanına
düşmüşdü. Tibb bacısı, nәhayәt, palatadan çıxdı.
– Ana, – o, çarpayının yanında әylәşәrәk dedi. Onda ikili
hiss yaranmışdı, sanki zaman geriyә işlәyirdi. Yәqin, anası da
bax belәcә, dәfәlәrlә onun yanında oturub vә arıqlamış әllәrini
öz әlinә alaraq onunla danışıb. Conni palatada yatarkәn sanki o
dayanmış hәmin zaman barәsindә düşünürdü, indi bu zaman onu
öz içinә almışdı vә o, üzәrinә әyilmiş anasının sifәtini görürdü –
anası nazik plasentin o üzündәymiş kimi görünürdü vә onun
dodaqları anlaşılmaz sözlәr pıçıldayırdı.
– Ana, – o, yenә dillәndi vә anasının büzüşmüş әlini öpdü.
– Mәnә mıx verin bunu düzәldim, – anası dedi. Onun sol
gözü hәrәkәtsiz idi, sağ gözü isә qamçı dәymiş atın gözü kimi
alacalanmışdı, – Connini görmәk istәyirәm.
– Mәn buradayam, ana.
– Con-ni! Con-ni! Con-ni!

117
   112   113   114   115   116   117   118   119   120   121   122