Page 122 - Stiven Kinq
P. 122
ven Kinq

cins şalvarı birdәn islandı. Sifәti köhnә perqament rәngi aldı.
Qreq yay-qış, hәmişә geydiyi ağır ayaqqabılarıyla qırıntıları tap-
dalayaraq ona sarı gәlәndә isә oğlan qorxudan divara qısıldı.

– Mәn küçәyә çıxanda ağ köynәk geyirәm, – Qreq ağ
dişlәrini qıcırdadıb dedi, – hәrdәn qalstuk da taxıram. Sәn isә
küçәyә üstündә murdar sözlәr yazılmış cır-cındırda çıxırsan. İndi
bizim hansımızdır zibil, әzizim?

Corc Harvinin bacısı oğlu ulartıya bәnzәr sәs çıxardı. O,
bәrәlmiş gözlәrini iti çıxıntıları olan şüşәdәn çәkmirdi.

– Budur, mәn quru vә sәliqәli paltarda dayanmışam, – Qreq
onun üzәrinә gedәrәk dedi, – sәnin isә qıçlarının arasından axır.
İndi de görüm, zibil kimdir?

O, şüşәnin iti ucuyla oğlanın tәrli sinәsinә toxundu vә Corc
Harvinin bacısı oğlu ağladı. “Ölkә belәlәrinin ucbatından dağılır” –
Qreq düşündü. Hirs başına vurmuşdu, beyninin içindә bir uğultu
yaranmışdı. Bәli, bu ağzının sarısı hәlә getmәmiş burnu fırtıqlıların
ucbatından.

“Birdәn onu vurub şikәst elәyәrsәn ha... hәddini aşma.”
– Mәn insan kimi danışıram, – Qreq dedi, – sәn isә, әzizim,
çirkli qanovda donuz kimi xortuldayırsan. Özün de, zibil hansı-
mızdır?
O, yenә dә sınıq şüşәni oğlanın döşünә toxundurdu,
çıxıntılardan biri oğlanın sol döşünün altında dәrisini cızdı vә
oradan bir damcı qan çıxdı. Oğlan dәhşәtlә bağırmağa başladı.
– Mәn sәninlә danışıram, – Qreq dedi, – yaxşısı budur,
cavab ver, elә bil öz müәlliminә cavab verirsәn. Hә, zibil kimdir?
Oğlan nәsә demәyә çalışdı – onun dediklәrindәn heç nә
anlaşılmırdı.
– İmtahandan kәsilmәk istәmirsәnsә, cavab ver, – Qreq dedi, –
axı mәn sәnin bağırsaqlarını ayağına dolaya bilәrәm, әzizim. –
İndi o, buna çox yaxın idi. O, oğlanın sinәsindәn sızan qan
damcısına baxa bilmirdi, baxsaydı, tamam haldan çıxardı vә
onda qarşısında Corc Harvinin bacısı oğlu olmasın, kim olur-
olsun, heç eyninә olmayacaqdı. – Hә, kimdir zibil?
– Mәn, – oğlan balaca uşaq kimi hıçqıra-hıçqıra dedi.
Qreq gülümsәdi. Gicgahlarındakı ağrı ona әzab verirdi.
– Bax, belә. Başlanğıc üçün pis deyil. Amma bu, azdır. Mәn
istәyirәm ki, deyәsәn: “Mәn zibilәm”.

122
   117   118   119   120   121   122   123   124   125   126   127