Page 124 - Stiven Kinq
P. 124
ven Kinq

balaca. Burada baş verәnlәr barәdә dayına xәbәr versәn vә dayın
mәni buradan kәnara atsa, mәn sәni öldürmәli olacağam. Mәnә
inanırsan?

– Hә, – oğlan pıçıldadı. Onun sifәti göz yaşlarından islanmış-
dı. – Hә, ser Stilson.

Qreq onun qulaqlarını buraxdı.
– Bәli, – o dedi, – sәni öldürәcәyәm, amma әvvәlcә hamıya
sәnin burada şalvarını necә islatdığını, necә ağlayıb-sıtqadığını
vә burnunun seliyini axıtdığını danışacağam.
O, bunları deyib tez arxaya döndü, sanki oğlandan çox pis
qoxu gәlirdi, yenidәn seyfә doğru getdi. Rәfdәn plastır qutusunu
götürüb oğlana tәrәf tolazladı. Oğlan qorxudan kәnara çәkildiyi
üçün qutunu tuta bilmәdi. Amma sonra qutunu cәld yerdәn götür-
dü – o, Stilsonun yenidәn ona hücum çәkәcәyindәn ehtiyatlanırdı.
– Vanna otağı bax, oradadır, – Qreq әliylә göstәrdi, – üst-
başına әl gәzdir. Sәnә başqa köynәk verәrәm. Köynәyi yuyub-
tәmizlәyәndәn sonra mәnә göndәrәrsәn. Aydındır?
– Hә, – oğlan pıçıltılı sәslә dedi.
– Ser! – Stilson çığırdı. – Ser! Ser! Ser! Nәdir, yadında sax-
laya bilmirsәn?
– Ser, – oğlan inildәdi, – bәli, ser. Bәli, ser.
– Sizә heç nә öyrәtmirlәr, – Qreq dedi, – heç bir şey. Hör-
mәt-filan bilmirsiniz.
Başının ağrısı yenidәn tutdu. O, bir neçә dәfә dәrindәn
nәfәs alaraq ağrını boğmağa çalışdı, amma qarnının içindә dә
nәsә göynәmәyә başlamışdı.
– Yaxşı, bu işi qurtaraq. Sәnә xeyirli mәslәhәt vermәk istә-
yirәm. Payızda oxuduğun kollecdi-nәdi, ora qayıdanda, düşünmә
ki, burada nәsә düzgün olmayan hadisә baş verib. Qreq Stilson
haqqında da illüziyalara qapılma. Sәn, mәn vә Corc hәr şeyi
unutsaq yaxşıdır. Əgәr birdәn sәnә elә gәlsә ki, mәndәn heyifini
çıxa bilәrsәn, bu, sәnin hәyatında buraxdığın әn böyük vә bәlkә
dә, sonuncu sәhv olacaq.
Qreq bu sözlәri deyib, oğlanı ikrah dolu baxışlarla süzәrәk,
otaqdan çıxdı. Dodaqları titrәyәn, sinәsi vә qarnı qurumuş qan
damcılarıyla boyanmış oğlan isә, gözlәri bәrәlmiş halda durub
baxırdı. O, uşaq yaşından çıxdığına görә mәktәbin beysbol
komandasından kәnarlaşdırılmış yeniyetmәyә bәnzәyirdi.

124
   119   120   121   122   123   124   125   126   127   128   129