Page 129 - Stiven Kinq
P. 129
Ölü zona

– Elәdir, – Uolt gülümsәdi. Nәticәlәr çıxarılmışdır, iclas
bitmişdir – Sülh?

– Sülh. – Axı o, üzüyün harada olduğunu bilirmiş. O bilirmiş.
Uolt sağ әliylә Saranın boynuna toxunub, onu öpdü. O, sәhәr
yemәyindә hәmişә eyni cür yemәklәr yeyirdi, arvadını eyni
tәrzdә öpürdü.

Beş dәqiqә sonra o, onların qırmızı “Pinto”sunu daldalı
sürüb Pond-stritә çıxardı, hәmişәki kimi qısa fit verib sağollaşdı
vә çıxıb getdi. Sara öz hündür stulundan düşmәk istәyәn, amma
bunu bacarmayan Denniylә tәk qaldı.

– Əlindәn heç nә gәlmir, yaramaz! – Sara mәtbәxin o başına
gedib oğluna acıqlandı.

– Pxı! – Denni narazılıqla sәslәndi.
Onların mәzәli pişiyi Sarıca tәlәsmәdәn, azyaşlı cinayәtkar
kimi oğrun-oğrun mәtbәxә girdi, Denni onun qabaq ayağından
yapışdı, pişik öz taleyiylә barışıb qulaqlarını qısdı.
Sara stolu yığışdırarkәn inersiya ilә gülümsәyirdi. Uoltun
çatışmazlıqları bir tәrәfә qalsın, öz çatışmazlıqları özünә bәsdir.
O, Conniyә yeni il açıqçası göndәrәr vә bununla da iş bitәr. Belә
daha yaxşıdır vә daha tәhlükәsizdir... çünki hәrәkәtә keçmiş
bәdәn bu hәrәkәtin davamını istәyir. O isә burada özünü pis hiss
etmir. O, әdalәtsizcәsinә әlindәn alınmış Conniylә bağlı fәlakәt
yaşamışdı (hәyatda isә bunsuz ötüşmәk mümkün deyil), çoxlu
burulğanlardan keçib bu kiçik, rahat körfәzә gәlib çıxmışdı vә
burada da qalacaqdı. Günәş işığıyla dolu bu kiçik mәtbәx heç dә
pis yer deyildi. Yarmarkanı, Uğur çarxını, Conni Smitin üzünü
yadından çıxarsa yaxşıdır.
Qabları yumaq üçün lәyәnә su tökәrkәn radioda xәbәrlәri
vermәyә başladılar. Elә ilk xәbәr, indicә yuduğu boşqab da
әlindә, onu yerindәcә donub-qalmağa mәcbur etdi; fikirli-fikirli
öz kiçik hәyәtlәrini seyr etdi. Conninin televizorda öz oğlunun
reportyorlarla görüşünü seyr edәn anası insult olmuşdu. Bu gün
sәhәr, bir saat bundan öncә isә qadın dünyasını dәyişmişdi.
Sara әllәrini sildi, radionu söndürdü vә Sarıcanı Denninin
әlindәn aldı. O, oğlunu qonaq otağına aparıb, onu manejә qoydu.
Denni özünü tәhqir olunmuş hesab edәrәk, bәrkdәn ağlamağa
başlasa da, Sara ona fikir vermәdi. O, telefona yaxınlaşıb,

129
   124   125   126   127   128   129   130   131   132   133   134