Page 131 - Stiven Kinq
P. 131
Ölü zona

uşaqlardan da, onunla yatağa girmәk istәyәn qadınlardan da,
mәhәbbәt girdabına düşmüş vә Connidәn mәslәhәt istәyәn
adamlardan da mәktublar gәlirdi.

Hәrdәn ona xoşbәxtlik üçün talisman, bәzәn isә qoroskop
göndәrirdilәr. Mәktubların çoxusu dini ruhlu idi; bu qrammatik
sәhvlәrlә, birinci sinif şagirdinin cidd-cәhdlә qaraladığı iri
hәrflәrdәn seçilmәyәn hәrflәrlә yazılmış mәktublar, ona anasını
xatırladırdı.

Connini әmin etmәk istәyirdilәr ki, o, yorğun düşmüş vә
hәr şeydәn әlini üzmüş Amerika xalqını sәhralıqdan çıxaracaq
peyğәmbәrdir, qiyamәt gününün xәbәrçisidir. O, bu gün –
oktyabrın 16-da Hol Lindseyin “Keçmiş böyük Yer planeti” adlı
sәkkizcildlik kitabını almışdı. Anası, yәqin ki, bu әsәri yüksәk
qiymәtlәndirәrdi. Connini İsa Mәsihin ilahi mәnşәyini bir daha
bәyan etmәyә vә gәnclәrin pozğunluğuna son qoymağa çağırırdılar.

Hirslә yazılmış çoxsaylı, bir qayda olaraq, anonim mәktublar
da gәlirdi, amma onlar da, Conniyә mәftun olmuş adamların
mәktuları kimi, şövqlә yazılmış olurdu. Bir nәfәr karandaşla sarı
blankın üzәrindә yazmışdı ki, Conni şeytandır vә özünü öldürsә
yaxşıdır. Dörd-beş nәfәr yazıb soruşurdu ki, ananı öldürdün –
hansı hissi keçirdin?

Çoxları onu әllamәçilikdә günahlandırırdı. “Ağıllı”lardan
biri isә yazırdı: “Öncәdәngörmә, telepatiya – itotu, bağayarpağıdır!
Sәn ekstrasens deyil, zibilsәn!”

Bundan başqa ona әşyalar da göndәrirdilәr. Ən pisi dә bu
idi.

Hәr gün işdәn evә qayıdarkәn Herbert poçta girib, öz
ölçülәrinә görә poçt qutusuna yerlәşmәyәn banderolları götürürdü.
Banderollara әlavә olunmuş mәktubların hamısı tәxminәn eyni
mәzmundaydı: mәnә deyin, mәnә deyin, mәnә deyin!

“Bu, mәnim 1969-cu ildә Allaqaşda balıq tutarkәn itkin
düşmüş qardaşımın şәrfidir. Əminәm ki, o, sağdır. Deyin, o
haradadır?”

“Bu dodaq boyası arvadımın tualet stolundan götürülmüşdür.
Mәnә elә gәlir ki, o, kiminlәsә sevişir, amma buna әmin deyilәm.
Mәnә deyin görüm, şübhәlәrimin әsası varmı?”

131
   126   127   128   129   130   131   132   133   134   135   136